Geri

FHN-in Şimal-qərb Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi mayın 17-də Zaqatala rayonu, Qazangül qəsəbə tam orta məktəbində “Fövqəladə hallar zamanı nə etməli?” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir. Tədbirdə Şimal-qərb Regional Mərkəzinin, Şimal-qərb Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşları, məktəbin müəllim və şagird kollektivi iştirak etmişdir. 

Tədbirdə Fövqəladə Hallar Nazirliyi, Şimal-qərb Regional Mərkəzi haqqında geniş məlumat verilmişdir. Sonra fövqəladə halların yaranma səbəbləri, ərazi üçün xarakterik olan təbii fəlakətlər, bu zaman davranış qaydaları, baş verə biləcək fövqəladə halların qarşısının alınmasında təbliğatın rolu və bu təbliğata təhsil ocaqlarının verə biləcəyi töhfələr, nəqliyyat qəzaları, yanğınların başvermə amilləri, ona qarşı mübarizə tədbirləri, məktəblərdə yanğın təhlükəsizliyi qaydaları və yanğın təhlükəsizliyinin təmin olunması üçün qarşıda duran vəzifələr, ərazi üçün xarakterik olan təbii fəlakətlər, texnogen qəzaların yaranmasında insan amilinin mənfi rolu, texniki təhlükəsizlik qaydaları, mülki müdafiə, təhsil müəssisələrində mülki müdafiə işinin təşkili, “112” qaynar telefon xətti və sair mövzular ətrafında çıxışlar olmuşdur.

Sonda zəlzələ haqqında videoçarx nümayiş etdirilmiş, suallar cavablandırılmışdır.

Digər məlumatlar

“Azərbaycan” İstilik Elektrik Stansiyasında rəhbər heyətin mülki müdafiə məşqi keçirilib

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi və “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin “Azərbaycan” İstilik Elelktrik Stansiyası MMC tərəfindən “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin birgə mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

FHN-in Akademiyasında “Vətənə məhəbbət və qəhrəmanlıq” mövzusunda tədbir keçirilib

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında “Vətənə məhəbbət və qəhrəmanlıq” mövzusunda tədbir keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi müşavirə keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Masallı Rayon İcra Hakimiyyətində "Təbii fəlakətlər zamanı əhalinin davranışı” mövzusunda toplantı keçirilib. ...

Ardını oxu