Geri

FHN-in Cənub Regional Mərkəzi müşavirə keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi 17 may 2016-cı il tarixində Nazirliyin bölgədəki digər qurumlarının iştirakı ilə Masallı rayon Telekommunikasiya Qovşağında “Fövqəladə halların proqnozlaşdırılması, profilaktik tədbirlərin həyata keçirilməsi, eləcə də fövqəladə halların  nəticələrinin aradan qaldırılması sahəsində yerli qurumlar arasında qarşılıqlı fəaliyyətin təşkili” mövzusunda müşavirə keçirmişdir.

Müşavirənin işində Masallı rayon İcra Hakimiyyətinin, Masallı şəhər Bələdiyyəsinin  və Masallı rayon Telekommunikasiya Qovşağının kollektivi iştirak etmişdir.

Tədbirdə çıxış edən natiqlər Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində görülən işlər barədə məlumat vermişlər. Toplantıda cari ildə fövqəladə halların proqnozlaşdırılması və nəticələrinin aradan qaldırılması, eləcə də profilaktik tədbirlərin həyata keçirilməsi sahəsində  qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsinin əhəmiyyətindən, həmçinin yerli qurumlarla qarşılıqlı fəaliyyət zamanı qarşıya çıxan problemlərdən söz açılmışdır.

Sonra Cənub Regional Mərkəzinin monitorinq qruplarının Masallı rayonu ərazisində müxtəlif vaxtlarda keçirdiyi monitorinqlərin nəticələrindən bəhs edən fotoslaydlar nümayiş olunmuş, yaranmış problemlər diqqətə çatdırılmışdır.

Toplantıda tədbir iştirakçılarının təklifləri dinlənilmiş, irəli sürülən müddəaların təhlili aparılmış, qeyd olunan məsələlərin həlli istiqamətində görüləcək işlərin səmərəliliyinin artırılması üçün tövsiyələr verilmişdir.

Müşavirənin sonunda müxtəlif mövzularda hazırlanmış videoçarxlar nümayiş etdirilmiş, yaddaş kitabçaları və xəbərdarlıq vərəqələri tədbir iştirakçılarına paylanılmışdır.

Digər məlumatlar

“Azərbaycan” İstilik Elektrik Stansiyasında rəhbər heyətin mülki müdafiə məşqi keçirilib

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi və “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin “Azərbaycan” İstilik Elelktrik Stansiyası MMC tərəfindən “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin birgə mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

FHN-in Akademiyasında “Vətənə məhəbbət və qəhrəmanlıq” mövzusunda tədbir keçirilib

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında “Vətənə məhəbbət və qəhrəmanlıq” mövzusunda tədbir keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi müşavirə keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Masallı Rayon İcra Hakimiyyətində "Təbii fəlakətlər zamanı əhalinin davranışı” mövzusunda toplantı keçirilib. ...

Ardını oxu