Geri

“Gənc xilasedici və yanğınsöndürən” yarışlarının Lerik rayon birinciliyi keçirilmişdir

Lerik rayonunun təhsil müəssisələri arasında 17 may 2016-cı il tarixində “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının rayon birinciliyi keçirilmişdir.

Yarışlarda Lerik şəhər 2, 3  nömrəli tam orta məktəblərin, 1 nömrəli texniki fənlər təmayüllü liseyin, Lerik rayon Cəngəmiran, Anbu, Lüləkəran və Günəşli kənd tam orta məktəblərin komandaları güclərini sınamışdır.

Tədbiri Lerik rayon İcra Hakimiyyətinin, Təhsil Şöbəsinin, Gənclər və İdman İdarəsinin, Təcili və təxirəsalınmaz tibbi yardım stansiyasının və Polis Şöbəsinin nümayəndələri izləmişdir.

Yarışların açılış mərasimində çıxış edənlər Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı və respublikanın Təhsil, Gənclər və İdman nazirliklərinin dəstəyi ilə keçirilən “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının əhəmiyyətindən, yeniyetmə və gənclərin fövqəladə hallara hazırlıq səviyyəsinin yüksəldilməsindən, məktəblilər arasında şəxsi və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşma hissinin artırılmasından, gənclər arasında sağlam həyat tərzinin təbliğinin, məktəblilərin yanğın və texniki təhlükəsizlik qaydalarına ciddi əməl etmələrinin, ilkin tibbi yardımın düzgün göstərilməsi qaydalarının mənimsənilməsinin vacibliyindən bəhs etmişlər.

Gərgin mübarizə şəraitində keçən yarışların yekunlarına əsasən Lerik şəhər 1 nömrəli  texniki fənlər təmayüllü liseyi I, Lüləkəran kənd tam orta məktəbi II və Cəngəmiran kənd tam orta məktəbi III yeri tutmuşdur.

Yarışda fərqlənmiş komandalar diplom və qiymətli hədiyyələrlə təltif olunmuşdur.

I yeri tutan komanda “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının zona mərhələsində iştirak hüququ əldə etmişdir.

Digər məlumatlar

“Azərbaycan” İstilik Elektrik Stansiyasında rəhbər heyətin mülki müdafiə məşqi keçirilib

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi və “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin “Azərbaycan” İstilik Elelktrik Stansiyası MMC tərəfindən “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin birgə mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

FHN-in Akademiyasında “Vətənə məhəbbət və qəhrəmanlıq” mövzusunda tədbir keçirilib

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında “Vətənə məhəbbət və qəhrəmanlıq” mövzusunda tədbir keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi müşavirə keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Masallı Rayon İcra Hakimiyyətində "Təbii fəlakətlər zamanı əhalinin davranışı” mövzusunda toplantı keçirilib. ...

Ardını oxu