Geri

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti müşavirə keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti 17 may 2016-cı il tarixində  Xızı rayonunda fermerlərin, bələdiyyə və icra nümayəndələrinin, Meşə Mühafizəsi və Bərpası Müəssisəsi işçilərinin iştirakı ilə seminar-müşavirə keçirmişdir.

Seminar-müşavirədə çıxış edənlər dənli və texniki bitkilərin yığımı dövründə və yay mövsümündə meşələrin yanğın təhlükəsizliyinin təmin edilməsi sahəsində həyata keçirilən məqsədyönlü qabaqlayıcı tədbirlərdən, kombaynların texniki istismar qaydalarına uyğunluğundan, qığılcımsöndürən qurğuların saz vəziyyətdə olmasının vacibliyindən, biçilmiş sahələrin yandırılmasına yol verilməməsindən danışaraq qeyd etmişlər ki, bu sahədə aidiyyəti təşkilatların, Meşə Mühafizəsi və Bərpası müəssisələrinin, fermer təsərrüfatlarının üzərinə mühüm vəzifələr düşür və onlar biçin dövründə yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etməklə ölkəmizdə ərzaq təminatı sahəsində qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsinə öz töhfələrini verməlidirlər.

Meşələrin yanğın təhlükəsizliyinin təmin olunması ilə əlaqədar bir sıra zəruri tədbirlərin həyata keçirilməsinin vacibliyinə toxunularaq qeyd edilmişdir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Mühafizə və Bərpası müəssisələri tərəfindən meşə və meşə zolaqlarının müvafiq normativlərə uyğun olaraq yanğından müdafiə sistemləri, o cümlədən ilkin yanğınsöndürmə vasitələri ilə tam şəkildə təchiz edilməsi, meşə və meşə zolaqlarının zəruri texnikalarla - avtomobil, traktor, buldozerlərlə təmin edilməsi, yanğına qarşı təbliğat işinin aparılması kimi vacib məsələlərə diqqət artırılmalı, meşələrlə həmsərhəd olan sahələrin yanğın əleyhinə şumlanmasına, yanğın təhlükəsizliyi ilə bağlı aidiyyəti vəzifəli şəxslərin göstərişlərinin, qərarlarının, digər qanuni tələblərinin icrasına daha ciddi münasibət olmalıdır.

Sonda tədbir iştirakçılarına taxıl və ot biçini zamanı və yay mövsümündə  meşələrin  yanğın təhlükəsizliyi ilə bağlı videoçarxlar nümayiş olunmuş, onlara bu  mövzuda nəşr olunan plakat və kitabça paylanılmışdır.

Digər məlumatlar

“Azərbaycan” İstilik Elektrik Stansiyasında rəhbər heyətin mülki müdafiə məşqi keçirilib

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi və “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin “Azərbaycan” İstilik Elelktrik Stansiyası MMC tərəfindən “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin birgə mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

FHN-in Akademiyasında “Vətənə məhəbbət və qəhrəmanlıq” mövzusunda tədbir keçirilib

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında “Vətənə məhəbbət və qəhrəmanlıq” mövzusunda tədbir keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi müşavirə keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Masallı Rayon İcra Hakimiyyətində "Təbii fəlakətlər zamanı əhalinin davranışı” mövzusunda toplantı keçirilib. ...

Ardını oxu