Geri

Aran Regional Mərkəzində maarifləndirmə tədbirləri davam etdirilir

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi FHN-in bölgədə fəaliyyət göstərən digər qurumları ilə birgə 8 aprel 2016-cı il tarixində Zərdab rayon Dəkkəoba kənd tam orta məktəbində “Təhsil müəssisələrində yanğın təhlükəsizliyinin təşkili”, “Təbii fəlakət və texnogen qəzalar zamanı davranış qaydaları”, “İdarə və müəssisələrdə mülki müdafiə hazırlığının təşkil olunması” və  “112” qaynar xəttinə hansı hallarda müraciət etmək olar?” mövzularında növbəti maarifləndirmə tədbiri keçirmişdir.

Tədbirdə Zərdab rayon Təhsil Şöbəsinin nümayəndələri, Zərdab rayon Dəkkəoba kənd tam orta məktəbinin kollektivi iştirak etmişdir. 

Toplantıda təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı düzgün davranış, fərdi mühafizə vasitələrindən və ilkin yanğınsöndürmə avadanlıqlarından istifadə qaydalarından, mülki müdafiə tədbirlərindən  danışılmış, təhsil müəssisələrinin təxliyyə planlarının düzgün hazırlanmasının, yanğın və texniki təhlükəsizlik tədbirlərinə əməl edilməsinə nəzarətin artırılmasının vacibliyi diqqətə çatdırılmlışdır.  Tədbirdə, həmçinin, ehtiyat çıxış qapılarının və zirzəmilərin daim istifadəyə yararlı vəziyyətdə saxlanılmasının, ilkin yanğınsöndürmə vasitələri ilə təchiz olunmasının zəruriliyi barədə də məlumat verilmişdir.

Sonda “Odsöndürən balonlar və istifadə qaydaları” mövzusunda hazırlanmış videoçarx nümayiş olunmuş, yaddaş kitabçaları və bukletlər paylanılmışdır.

Digər məlumatlar

Sumqayıtda “Mülki aviasiyada axtarış və xilasetmə işlərinin təşkili” mövzusunda seminar keçirilib

FHN-in Sumqayıt Regional Mərkəzində Nazirliyin Baş əməliyyat idarəsinin təşkilatçılığı ilə “Mülki aviasiyada axtarış və xilasetmə işlərinin təşkili” mövzusunda seminar keçirilib. ...

Ardını oxu

FHN Ağcabədidə seminar-müşavirə keçirib

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin təşkilatçılığı ilə Bərdə Rayon İcra Hakimiyyətində “Rayon Fövqəladə Hallar Komissiyası ilə FHN-in yerli struktur bölmələrinin qarşılıqlı fəaliyyəti” mövzusunda seminar-müşavirə keçirilib. ...

Ardını oxu

FHN-in Muğan Regional Mərkəzi “dəyirmi masa” keçirib

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi tərəfindən Şirvan Şəhər İcra Hakimiyyətində “Fövqəladə halların nəticələrinin aradan qaldırılması sahəsində Nazirliyin yerli qurumları ilə rayon icra hakimiyyəti və özünüidarəetmə orqanları, eləcə də xidmət sahələri arasında qarşılıqlı fəaliyyət, qarşıda duran vəzifələr və problemlər” mövzusunda “dəyirmi masa” keçirilib. ...

Ardını oxu