Geri

Fövqəladə Hallar Nazirliyində "İnşaatçılar Günü" münasibətilə tədbir keçirilmişdir

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin inzibati binasında 8 aprel 2016-cı il tarixində Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə 10 aprel - İnşaatçılar Günü münasibətilə tədbir keçirilmişdir.

Əvvəlcə, tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin büstünün  önünə  gül dəstələri qoyaraq ulu öndərin əziz xatirəsini ehtiramla yad etmişlər.

Tədbir iştirakçıları aprelin1-dən 2-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı törətdiyi növbəti hərbi təxribatın qarşısının alınması zaman torpaqlarımızın müdafiəsi və işğaldan azad olunması uğrunda hərbi əməliyyatlarda şəhid olmuş qəhrəman hərbçilərimizin və dinc sakinlərimizin ruhlarını bir dəqiqəlik sükutla yad etmişlər. 

Tədbiri açıq elan edən Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov Azərbaycan inşaatçılarının fədakar əməyindən söz açaraq onların fəaliyyətini yüksək qiymətləndirmiş, ölkə ərazisində aparılan tikinti-quruculuq işlərinə Fövqəladə Hallar Nazirliyinin sözügedən sahədə çalışan əməkdaşlarının da xüsusi töhfə verdiklərini vurğulayaraq onları peşə bayramı münasıbətilə təbrik etmişdir.

Toplantıda çıxış edən Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarov bildirmişdir ki, hər il ölkə inşaatçılarının peşə bayramının təntənəli şəraitdə qeyd olunması dövlət başçısı cənab İlham Əliyevın tikinti sektorunun inkişafına, bu sahədə çalışan insanların çətin və şərəfli əməyinin layiqincə qiymətləndirilməsinə diqqət və qayğısının bariz nümunəsidir. O, agentliyin fəaliyyəti barədə məlumat verərək qeyd etmişdir ki, rəhbərlik etdiyi qurum yaradıldığı gündən ötən 10 il ərzində çox böyük yol keçmişdir. Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tikinti təhlükəsizliyi normalarına riayət olunması üçün qanunvericiliklə üzərinə düşən vəzifənin icrasından ötrü bütün zəruri addımları atmışdır. Hazırda da bu sahə ilə bağlı qabaqcıl dünya təcrübəsi öyrənilərək tətbiq olunur, son texnoloji yeniliklərdən istifadə edilir.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədrinin müavini Cavanşir Alxasov ölkəmizin böyük tikini meydançasına çevrildiyini xatırladaraq aparılan tikinti-quruculuq, bərpa-abadlıq işləri nəticəsində şəhər və kəndlərimizin simasının gözəlləşdiyini vurğulamış, bütün bu nailiyyətlərdə FHN-in aidiyyəti qurumlarının da böyük payı olduğunu diqqətə çatdırmışdır. Təbii fəlakətlər nəticəsində ziyan çəkmiş fərdi və sosial obyektlərin tikintisi və bərpası işində FHN-in gördüyü əsaslı işləri də diqqətə çatdıran natiq Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin bu gün üçün deyil, gələcək üçün də möhkəm özüllər qoyduğunu bildirmişdir. C. Alxasov tədbir iştirakçılarına uğurlar arzulayaraq onları peşə bayramı münasibətilə təbrik etmişdir.

Tədbirdə çıxış edən Agentliyin əməkdaşları da hər il aprelin 10-nun ölkədə "İnşaatçılar günü" kimi bayram edilməsini Azərbaycan Prezidentinin bütövlükdə tikinti kompleksi işçilərinin - inşaatçı, memar və layihəçilərin əməyinə verdiyi yüksək dəyər kimi qiymətləndirmişlər.

Tədbirdə "İnşaatçılar Günü" münasibətilə Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının İcraiyyə Komitəsi tərəfindən Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində, Agentliyin müəssisələrində və Əsaslı Tikinti İdarəsində çalışan yubiley yaşları tamam olan və vəzifə borcunu layiqincə yerinə yetirməkdə xüsusilə fərqlənmiş 62 əməkdaşa fəxri fərman və qiymətli hədiyyələr təqdim edilmişdir. Bundan əlavə, adı çəkilən qurumların 4 əməkdaşı  Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının fəxri fərmanları ilə təltif edilmişlər.

Digər məlumatlar

Sumqayıtda “Mülki aviasiyada axtarış və xilasetmə işlərinin təşkili” mövzusunda seminar keçirilib

FHN-in Sumqayıt Regional Mərkəzində Nazirliyin Baş əməliyyat idarəsinin təşkilatçılığı ilə “Mülki aviasiyada axtarış və xilasetmə işlərinin təşkili” mövzusunda seminar keçirilib. ...

Ardını oxu

FHN Ağcabədidə seminar-müşavirə keçirib

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin təşkilatçılığı ilə Bərdə Rayon İcra Hakimiyyətində “Rayon Fövqəladə Hallar Komissiyası ilə FHN-in yerli struktur bölmələrinin qarşılıqlı fəaliyyəti” mövzusunda seminar-müşavirə keçirilib. ...

Ardını oxu

FHN-in Muğan Regional Mərkəzi “dəyirmi masa” keçirib

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi tərəfindən Şirvan Şəhər İcra Hakimiyyətində “Fövqəladə halların nəticələrinin aradan qaldırılması sahəsində Nazirliyin yerli qurumları ilə rayon icra hakimiyyəti və özünüidarəetmə orqanları, eləcə də xidmət sahələri arasında qarşılıqlı fəaliyyət, qarşıda duran vəzifələr və problemlər” mövzusunda “dəyirmi masa” keçirilib. ...

Ardını oxu