Geri

FHN-in Cənub Regional Mərkəzi müşavirə keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi 6 aprel 2016-cı il tarixində Nazirliyin bölgədəki digər qurumlarının iştirakı ilə 42 nömrəli  Lənkəran Yol İstismar  İdarəsində “Fövqəladə halların proqnozlaşdırılması, profilaktik tədbirlərin həyata keçirilməsi, eləcə də fövqəladə halların  nəticələrinin aradan qaldırılması sahəsində Cənub Regional Mərkəzi ilə yerli qurumlar arasında qarşılıqlı fəaliyyətin təşkili” mövzusunda müşavirə keçirmişdir.

Müşavirənin işində Lənkəran şəhər İcra Hakimiyyətinin, Lənkəran şəhər Bələdiyyəsinin  və 42 nömrəli Lənkəran Yol İstismar  İdarəsinin kollektivi iştirak etmişlər.

Tədbirdə çıxış edən natiqlər Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində görülən işlər barədə məlumat vermişlər. Toplantıda cari ildə fövqəladə halların proqnozlaşdırılması və nəticələrinin aradan qaldırılması, eləcə də profilaktik tədbirlərin həyata keçirilməsi sahəsində  qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsinin əhəmiyyətindən, həmçinin, yerli qurumlarla qarşılıqlı fəaliyyət zamanı qarşıya çıxan problemlərdən söz açılmışdır.

Sonra Cənub Regional Mərkəzinin monitorinq qruplarının Lənkəran rayonu ərazisində müxtəlif vaxtlarda keçirdiyi monitorinqlərin nəticələrindən bəhs edən fotoslaydlar nümayiş olunmuş, yaranmış problemlər diqqətə çatdırılmışdır.

Toplantıda tədbir iştirakçılarının təklifləri dinlənilmiş, irəli sürülən müddəaların təhlili aparılmış, qeyd olunan məsələlərin həlli istiqamətində görüləcək işlərin səmərəliliyinin artırılması üçün tövsiyələr verilmişdir.

Müşavirənin sonunda müxtəlif mövzularda hazırlanmış videoçarxlar nümayiş etdirilmiş, yaddaş kitabçaları və xəbərdarlıq vərəqələri tədbir iştirakçılarına paylanılmışdır.

Digər məlumatlar

Sumqayıtda “Mülki aviasiyada axtarış və xilasetmə işlərinin təşkili” mövzusunda seminar keçirilib

FHN-in Sumqayıt Regional Mərkəzində Nazirliyin Baş əməliyyat idarəsinin təşkilatçılığı ilə “Mülki aviasiyada axtarış və xilasetmə işlərinin təşkili” mövzusunda seminar keçirilib. ...

Ardını oxu

FHN Ağcabədidə seminar-müşavirə keçirib

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin təşkilatçılığı ilə Bərdə Rayon İcra Hakimiyyətində “Rayon Fövqəladə Hallar Komissiyası ilə FHN-in yerli struktur bölmələrinin qarşılıqlı fəaliyyəti” mövzusunda seminar-müşavirə keçirilib. ...

Ardını oxu

FHN-in Muğan Regional Mərkəzi “dəyirmi masa” keçirib

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi tərəfindən Şirvan Şəhər İcra Hakimiyyətində “Fövqəladə halların nəticələrinin aradan qaldırılması sahəsində Nazirliyin yerli qurumları ilə rayon icra hakimiyyəti və özünüidarəetmə orqanları, eləcə də xidmət sahələri arasında qarşılıqlı fəaliyyət, qarşıda duran vəzifələr və problemlər” mövzusunda “dəyirmi masa” keçirilib. ...

Ardını oxu