Geri

FHN Akademiyasında orduya dəstək aksiyası keçirilmişdir

Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı növbəti hərbi təxribatı nəticəsində həlak olmuş hərbçilərimizin və mülki şəxslərin ruhunu yad etmək, eyni zamanda, ordumuza dəstək məqsədilə 6 aprel 2016-cı il tarixində Fövqəladə Hallar Nazirliyinin Akademiyasında “Biz Vətənimizin və Ali Baş Komandanımızın əsgəriyik” mövzusunda tədbir keçirilmişdir.

Müəllim və kursantların iştirakı ilə keçirilən tədbir erməni qəsbkarlarının təxribatı zamanı həlak olmuş vətəndaşlarımızın əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanmışdır.

Tədbirdə çıxış edən Akademiyanın rəisi general-mayor Pənah Süleymanov şəhidlərimizin doğmalarına səbr diləmiş və Ermənistan silahlı qüvvələrinin aprelin 1-dən 2-nə keçən gecə atəşkəs reşimini xəyanətkarcasına pozmasından danışmışdır. O, qeyd etmişdir ki, Ermənistan silahlı qüvvələrinin təxribatına qüdrətli ordumuz tərəfindən tutarlı cavab verilmiş, düşmən layiqli cavabını almışdır. Milli ordumuz vətəndaşların təhlükəsizliyini və öz mövqelərini qorumaq üçün qarşı tərəfin mövqelərinə zərbələr endirərək onu susdurmuşdur. Əsgərlərimiz düşmən tərəfindən işğal edilmiş ərazilərimizdə mövqelərimizə və sakinlərimizə təhlükə törədən strateji əhəmiyyətli məntəqələri ələ keçirmişlər. Ali Baş Komandan, cənab Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının toplantısını çağıraraq düşmənə layiqli cavabın verilməsi üçün lazımi əmrlər vermişdir. ATƏT-in Minsk qrupuna həmsədrlik edən ölkələrin dövlət başçılarının və digər beynəlxalq təşkilatların atəşkəsin yenidən təmin edilməsi çağırışlarına cavab olaraq Azərbaycan hücumları birtərəfli qaydada dayandırmışdır. Lakin xəyanətkar düşmənin hər an atəşkəsi poza biləcəyini diqqətə çatdıran rəis hər bir vətəndaşın, xüsusilə, hərbçilərin Silahlı Qüvvələrin Ali Baş Komandanı, cənab Prezident İlham Əliyevin əmrinə hazır olmasının vacibliyini bildirmişdir.

Akademiya rəisinin müavini polkovnik Afət Qurbanov, kursantlar adından Yusif Qurbanlı və Rəşad Babazadə çıxış edərək bütün ölkə vətəndaşları kimi Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşdiklərini, tarixi torpaqlarımızı düşmən tapdağından azad etməyə hər an hazır olduqlarını bildirmişlər.

Tədbir Akademiyanın şəxsi heyətinin Azərbaycan Respublikasının Dövlət himnini oxuması ilə başa çatmışdır.

Digər məlumatlar

Sumqayıtda “Mülki aviasiyada axtarış və xilasetmə işlərinin təşkili” mövzusunda seminar keçirilib

FHN-in Sumqayıt Regional Mərkəzində Nazirliyin Baş əməliyyat idarəsinin təşkilatçılığı ilə “Mülki aviasiyada axtarış və xilasetmə işlərinin təşkili” mövzusunda seminar keçirilib. ...

Ardını oxu

FHN Ağcabədidə seminar-müşavirə keçirib

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin təşkilatçılığı ilə Bərdə Rayon İcra Hakimiyyətində “Rayon Fövqəladə Hallar Komissiyası ilə FHN-in yerli struktur bölmələrinin qarşılıqlı fəaliyyəti” mövzusunda seminar-müşavirə keçirilib. ...

Ardını oxu

FHN-in Muğan Regional Mərkəzi “dəyirmi masa” keçirib

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi tərəfindən Şirvan Şəhər İcra Hakimiyyətində “Fövqəladə halların nəticələrinin aradan qaldırılması sahəsində Nazirliyin yerli qurumları ilə rayon icra hakimiyyəti və özünüidarəetmə orqanları, eləcə də xidmət sahələri arasında qarşılıqlı fəaliyyət, qarşıda duran vəzifələr və problemlər” mövzusunda “dəyirmi masa” keçirilib. ...

Ardını oxu