Geri

FHN-in Sumqayıt Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi 6 aprel 2016-cı il tarixində Abşeron rayonu, Mehdiabad qəsəbə 3 nömrəli tam orta məktəbdə “Fövqəladə hallar zamanı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

Tədbirdə Fövqəladə Hallar Nazirliyi Sumqayıt Regional Mərkəzinin, Abşeron rayon Dövlət Yanğından Mühafizə Hissəsinin, Abşeron rayon Təhsil Şöbəsinin əməkdaşları, məktəbin müəllim və şagirdləri iştirak etmişlər.

Tədbir nəzəri və praktik olmaqla iki hissədən ibarət olmuşdur.

Tədbirin nəzəri hissəsində Mərkəzin əməkdaşları “Fövqəladə hallar zamanı davranış qaydaları”, “Təhsil müəssisələrində yanğın təhlükəsizliyi qaydaları”, “Məişətdə qaz cihazlarından istifadə qaydaları”, “Elektriklə davranış qaydaları”, “Zərərçəkmiş insanlara ilkin tibbi yardımın göstərilməsi” və “112” qaynar telefon xətti təhlükəsizliyimizin qarantıdır” mövzularında çıxışlar etmişlər.

Daha sonra suallar cavablandırılmış və təbliğat materialları, yaddaş kitabçaları, bukletlər paylanılmışdır.

Tədbirin praktiki hissəsində məktəbin həyətində Regional Mərkəzin və Abşeron rayon Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvə və texnikasına baxış keçirilmiş, onların təyinatı və istifadəsi qaydaları haqqında məlumat verilmişdir.

Digər məlumatlar

Sumqayıtda “Mülki aviasiyada axtarış və xilasetmə işlərinin təşkili” mövzusunda seminar keçirilib

FHN-in Sumqayıt Regional Mərkəzində Nazirliyin Baş əməliyyat idarəsinin təşkilatçılığı ilə “Mülki aviasiyada axtarış və xilasetmə işlərinin təşkili” mövzusunda seminar keçirilib. ...

Ardını oxu

FHN Ağcabədidə seminar-müşavirə keçirib

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin təşkilatçılığı ilə Bərdə Rayon İcra Hakimiyyətində “Rayon Fövqəladə Hallar Komissiyası ilə FHN-in yerli struktur bölmələrinin qarşılıqlı fəaliyyəti” mövzusunda seminar-müşavirə keçirilib. ...

Ardını oxu

FHN-in Muğan Regional Mərkəzi “dəyirmi masa” keçirib

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi tərəfindən Şirvan Şəhər İcra Hakimiyyətində “Fövqəladə halların nəticələrinin aradan qaldırılması sahəsində Nazirliyin yerli qurumları ilə rayon icra hakimiyyəti və özünüidarəetmə orqanları, eləcə də xidmət sahələri arasında qarşılıqlı fəaliyyət, qarşıda duran vəzifələr və problemlər” mövzusunda “dəyirmi masa” keçirilib. ...

Ardını oxu