Geri

FHN-in Gəncə Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

6 aprel 2016-cı il tarixində Fövqəladə Hallar Nazirliyi Gəncə Regional Mərkəzinin əməkdaşları tərəfindən Samux rayonunun Zazalı kənd orta məktəbində “Yanğınlar və digər fövqəladə hallar zamanı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirilmişdir.

Tədbirdə Gəncə Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşları da iştirak etmişdir.

Tədbirin keçirilməsində məqsəd məktəbin müəllimlərinə, şagirdlərə yanğın hadisələrinin yaranma səbəbləri, onlardan qorunma üsulları, elektrik, qaz cihazlarından istifadə zamanı diqqətli olmağın vacibliyi, mənzildə yanğın zamanı davranış qaydaları, daxili yanğın kranlarından və müasir yanğınsöndürmə avadanlıqlarından istifadə qaydaları mövzularında biliklərin aşılanması olmuşdur.

Keçirilən tədbirdə odsöndürən balonlardan istifadə qaydaları əyani olaraq izah edilmişdir.

Bundan başqa, sel və daşqın, “112” qaynar telefon xətti, zəlzələ, dəm qazı, civə dağılmalarının təhlükəsi haqqında da geniş məlumat verilmişdir.  

Sonda “Suda zərərçəkmişə yardımın göstərilməsi” və “Yanğın gördükdə nə etməlisən” adlı plakatlar məktəbə təqdim edilmiş, suallar  cavablandırılmışdır.

Digər məlumatlar

Sumqayıtda “Mülki aviasiyada axtarış və xilasetmə işlərinin təşkili” mövzusunda seminar keçirilib

FHN-in Sumqayıt Regional Mərkəzində Nazirliyin Baş əməliyyat idarəsinin təşkilatçılığı ilə “Mülki aviasiyada axtarış və xilasetmə işlərinin təşkili” mövzusunda seminar keçirilib. ...

Ardını oxu

FHN Ağcabədidə seminar-müşavirə keçirib

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin təşkilatçılığı ilə Bərdə Rayon İcra Hakimiyyətində “Rayon Fövqəladə Hallar Komissiyası ilə FHN-in yerli struktur bölmələrinin qarşılıqlı fəaliyyəti” mövzusunda seminar-müşavirə keçirilib. ...

Ardını oxu

FHN-in Muğan Regional Mərkəzi “dəyirmi masa” keçirib

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi tərəfindən Şirvan Şəhər İcra Hakimiyyətində “Fövqəladə halların nəticələrinin aradan qaldırılması sahəsində Nazirliyin yerli qurumları ilə rayon icra hakimiyyəti və özünüidarəetmə orqanları, eləcə də xidmət sahələri arasında qarşılıqlı fəaliyyət, qarşıda duran vəzifələr və problemlər” mövzusunda “dəyirmi masa” keçirilib. ...

Ardını oxu