Geri

30 aprel 2016-cı il FHN-in Şimal Regional Mərkəzində qərargah məşqi keçirilmişdir

Fövqəladə Hallar Nazirliyinin Baş əməliyyat idarəsi 28-29 aprel 2016-cı il tarixində “Fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı Fövqəladə Hallar Nazirliyinin xilasetmə qurumlarının struktur bölmələri arasında qarşılıqlı fəaliyyətin təşkili” mövzusunda birgə qərargah məşqi keçirmişdir. Birgə qərargah məşqinə FHN-in Şimal Regional Mərkəzi ilə yanaşı, nazirliyin aidiyyəti yerli qurumlarının şəxsi heyəti cəlb olunmuşdur. İş xəritələri  üzərində əks olunmuş məşqin keçirilməsində məqsəd, əsasən, FHN-in xilasetmə qurumlarının struktur bölmələrinin yerlərdə yaradılmış qərargahlarının fəaliyyətinin təkmilləşdirilməsi, şəxsi heyətin idərəetmə sahəsində bilik və bacarıqlarının artırılması olmuşdur.

Məşqdə şəxsi heyətin baş verə biləcək fövqəladə hadisələrə çevik reaksiya vermə səriştəsinin, qurumlar arasında fövqəladə halların nəticələrinin aradan qaldırılması və digər təxirəsalınmaz işlərin aparılması zamanı idarəetmənin və koordinasiyanın təşkili, əməliyyata cəlb olunan qurumlarla qarşılıqlı əlaqənin, habelə rabitə əlaqəsinin təşkili və həyata keçirilməsi üzrə fəaliyyəti, əməliyyat tapşırıqlarının təhlili və vəziyyətin düzgün qiymətləndirilməsi üzrə işlər yoxlanılmışdır.

Məşqin yekunları ilə bağlı keçirilən iclasda fəaliyyət qiymətləndirilmiş və qarşıya çıxmış çatışmazlıqlar təhlil olunaraq onların həlli yollarına dair geniş müzakirə aparılmışdır.

Digər məlumatlar

FHN-in Şimal Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqini təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi tərəfindən Elm və Təhsil Nazirliyinin Quba-Xaçmaz Regional Təhsil İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar Texnoloji Kollecində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu

FHN-in Gəncə Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi tərəfindən Azərbaycan Texnologiya Universitetində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu