Geri

FHN-in Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi seminar-müşavirə keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi 26 aprel 2016-cı il tarixində Sumqayıt Regional Mərkəzində “Sahibkarlığın inkişafı üçün yaradılmış münbit şəraitdə texniki təhlükəsizliyin təmin edilməsi” mövzusunda növbəti seminar-müşavirə keçirmişdir. Tədbir Regional mərkəzin əhatə etdiyi ərazidə yerləşən, Agentliyin nəzarəti altında olan təhlükə potensiallı sənaye müəssisələrində texniki təhlükəsizliyin təmin edilməsinin təhlili və qabaqlayıcı-profilaktik tədbirlərin görülməsinə həsr edilmişdi.

Agentliyin müfəttişlik rəislərinin, Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutunun rəhbərliyinin, Fövqəladə Hallar Nazirliyinin məsul işçilərinin, Sumqayıt Regional Mərkəzinin əməkdaşlarının, Xızı və Abşeron rayonları İcra Hakimiyyətlərinin nümayəndələrinin, sənayenin müxtəlif sahələrində çalışan iş adamlarının iştirakı ilə keçirilən seminar-müşavirədə təhlükə potensiallı sənaye obyektlərində texniki təhlükəsizlik normalarına əməl olunması, baş verə biləcək qəzaların qarşısının alınması, qabaqlayıcı tədbirlərin görülməsi məsələləri müzakirə olunmuşdur.

Agentliyin sənaye müfəttişliklərinin rəhbərləri son illər respublikada  sənayenin müxtəlıf sahələrində  baş vermiş qəza və bədbəxt hadisələrin yaranma səbəblərini videoslaydlarla  təqdim edərək bu kimi hadisələrin baş verməsinin vaxtında qarşısının alınması istiqamətində görüləcək qabaqlayıcı-profilaktik tədbirlər barədə seminar-müşavirə iştirakçılarına məlumat vermişlər. Tədbirdə, həmçinin müvafiq obyektlərdə texniki təhlükəsizliyin vəziyyəti barədə danışılmış, texniki təhlükəsizlik üzrə mövcud çatışmazlıqlardan söz açılmışdır.

Toplantıda çıxış edən Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutunun direktoru Rüştü Səfərov sənaye təhlükəsizliyinin sistemli araşdırılması və texniki təhlükəsizliyin təmin olunmasında əsas istiqamətlərdən danışmış, sənaye sahələrində texniki təhlükəsizliyin tənzimlənməsində istifadə olunan qaydalar, təlimatlar, normativ-texniki sənədlər barədə müşavirə iştirakçılarına məlumat vermişdir. Direktor əsas istiqamətlərdən biri kimi tədris-təlim, ümumiyyətlə maarifləndirmə işlərinin genişləndirilməsi, texniki təhlükəsizlik məsələləri üzrə biliklərin artırılmasının müstəsna əhəmiyyətə malik olduğunu diqqətə çatdırmışıdr.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.

 

 

Digər məlumatlar

FHN-in Sumqayıt Regional Mərkəzi “Narkomaniyanın insan orqanizmində törətdiyi fəsadlar və onun müalicəsi” mövzusunda maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi “Narkomaniyanın insan orqanizmində törətdiyi fəsadlar və onun müalicəsi” mövzusunda tədbir təşkil edib. ...

Ardını oxu

FHN-in Sumqayıt Regional Mərkəzi nümunəvi mülki müdafiə məşqi keçirib

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi tərəfindən Xızı rayon hərbiləşdirilməmiş ərazi mülki müdafiə qüvvələri ilə xəbərdarlıq və toplanış üzrə nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

INSARAG sinifləndirilməsinə hazırlıq məqsədilə növbəti kurslar keçirilib

2-6 avqust 2022-ci il tarixlərində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin ...

Ardını oxu