Geri

FHN Bakı Regional Mərkəzi Dövlət Sularda Xilasetmə Xidməti ilə birgə müşavirə keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi aprel 29-da FHN Dövlət Sularda Xilasetmə Xidməti ilə birgə Səbail Rayon İcra Hakimiyyətində “Su hövzələrində insanların təhlükəsizliyinin təmin edilməsi” mövzusunda müşavirə keçirmişdir.

Tədbirdə Bakı Regional Mərkəzinin və Dövlət Sularda Xilasetmə Xidmətinin əməkdaşları, rayonun aidiyyəti xidmətlərinin, təhsil müəssisələrinin rəhbərləri, qəsəbə icra, bələdiyyə və mənzil istismar sahələrinin nümayəndələri, eləcə də çimərliklərin fəaliyyətinə məsul olan şəxslər iştirak etmişdir.  

Keçirilən müşavirədə rayon ərazisində yerləşən çimərliklərin vəziyyəti, dəniz suyunun gigiyenik normalara uyğunluğu, məişət tullantılarının daşınması ilə bağlı mövcud olan problemlər, eləcə də əhalinin təhlükəsiz istirahətinin təmin edilməsi üçün görülməli olan işlər müzakirə olunmuşdur.

Müşavirəni giriş sözü ilə açan Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Abit Əliyev tədbirin əhəmiyyətindən danışmış, Fövqəladə Hallar Nazirliyinin, yerli icra və özünüidarəetmə orqanlarının birgə fəaliyyətinin vacib olduğunu qeyd etmişdir.

FHN Dövlət Sularda Xilasetmə Xidmətinin nüamyəndəsi “Yay çimərlik mövsümündə vətəndaşların təhlükəsizliyinin təmin olunması” mövzusunda çıxış etmiş, rayon ərazisində olan çimərliklərdə keçirilən monitorinqin nəticələri və mövcud olan vəziyyət barədə tədbir iştirakçılarını məlumatlandırmışdır.

Tədbirdə çıxış edən natiqlər “Yay mövsümü ərzində əhalinin mənalı istirahətinin təşkili məqsədilə çimərlik sahələrində görülən işlər”, “Çimərlik sahələrində əhaliyə tibbi xidmətin göstərilməsi”, “Çimərliklərdə dəniz suyunun təmizlik vəziyyəti” mövzularında ətraflı məlumat vermişlər.

Daha sonra çıxış edən FHN Bakı Regional Mərkəzinin rəis müavini Tale Şamçıyev çimərlik sahələrində müşahidə olunan problemlər barədə danışmış, həmin sahələrə nəzarətin gücləndirilməsinin zəruriliyini vurğulamışdır. O, qeyd etmişdir ki, paytaxt sakinlərinin, eləcə də Bakıda keçiriləcək “Formula 1 Avropa Qran-Pri” yarışları ilə bağlı ölkəyə gələcək turistlərin çimərliklərə axınını nəzərə alsaq, həmin problemlər təcili aradan qaldırılmalı, eləcə də insanların təhlükəsizliyinindaha yaxşı təmin edilməsi istiqamətində təxirəsalınmaz işlər görülməlidir.

Tədbirin sonunda su hövzələrində təhlükəsizlik qaydaları ilə bağlı videoçarx nümayiş etdirilmişdir.

Digər məlumatlar

FHN-in Sumqayıt Regional Mərkəzi “Narkomaniyanın insan orqanizmində törətdiyi fəsadlar və onun müalicəsi” mövzusunda maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi “Narkomaniyanın insan orqanizmində törətdiyi fəsadlar və onun müalicəsi” mövzusunda tədbir təşkil edib. ...

Ardını oxu

FHN-in Sumqayıt Regional Mərkəzi nümunəvi mülki müdafiə məşqi keçirib

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi tərəfindən Xızı rayon hərbiləşdirilməmiş ərazi mülki müdafiə qüvvələri ilə xəbərdarlıq və toplanış üzrə nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

INSARAG sinifləndirilməsinə hazırlıq məqsədilə növbəti kurslar keçirilib

2-6 avqust 2022-ci il tarixlərində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin ...

Ardını oxu