Geri

DYMX Sumqayıt şəhərində yanğın-taktiki təlimi keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti 28 aprel 2016-cı il tarixində Bakı və Sumqayıt şəhərlərinin yanğından mühafizə qarnizonlarının iştirakı ilə SOCAR-ın “Azərikimya” İB-nin “Etilen-Polietilen” zavodunun  30 nömrəli  neft-kimya məhsullarının qəbulu və buraxılması sahəsində yanğın-taktiki təlimi keçirmişdir. Təlim orta və böyük rəis heyətinin neft məhsulları saxlanılan rezervuarlarda yanğınların söndürülməsi üzrə təcrübəsini təkmilləşdirmək, bilik və bacarıqlarını yoxlamaq, onlara döyüş sahələrinə rəhbərlik etmək vərdiş və bacarığı aşılamaq məqsədilə keçirilmişdir. 

DYMX-nin rəis müavini daxili xidmət polkovniki Rza Xudiyevin rəhbərliyi ilə keçirilmiş təlimə 4 saylı çağırış üzrə Bakı və Sumqayıt qarnizonlarının qüvvə və vasitələrindən başqa, SOCAR-ın “Azərikimya” İB-nin “Etilen-Polietilen” zavodunun 30 nömrəli neft-kimya məhsullarının qəbulu və buraxılması sahəsinin müvafiq texnika və canlı qüvvəsi cəlb edilmişdir.

Yanğın-taktiki təlimdə şərti yanğın söndürülmüş və qəza-xilasetmə işləri həyata keçirilmişdir. Təlimlərdən sonra tədbirin nəticələri qiymətləndirilmiş, yanğınların ləğv edilməsi, qəzaların nəticələrinin aradan qaldırılması zamanı və digər mürəkkəb xarakterli xüsusi şəraitlərdə qüvvə və vasitələrin bacarıqla idarə olunması, yanğınların söndürülməsi üzrə dəqiq və əsaslandırılmış qərarların qəbulu istiqamətində vəzifələrin icra olunması, nöqsanların aradan qaldırılması  ilə bağlı şəxsi heyətə tövsiyələr verilmişdir.

Digər məlumatlar

FHN-in Sumqayıt Regional Mərkəzi “Narkomaniyanın insan orqanizmində törətdiyi fəsadlar və onun müalicəsi” mövzusunda maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi “Narkomaniyanın insan orqanizmində törətdiyi fəsadlar və onun müalicəsi” mövzusunda tədbir təşkil edib. ...

Ardını oxu

FHN-in Sumqayıt Regional Mərkəzi nümunəvi mülki müdafiə məşqi keçirib

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi tərəfindən Xızı rayon hərbiləşdirilməmiş ərazi mülki müdafiə qüvvələri ilə xəbərdarlıq və toplanış üzrə nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

INSARAG sinifləndirilməsinə hazırlıq məqsədilə növbəti kurslar keçirilib

2-6 avqust 2022-ci il tarixlərində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin ...

Ardını oxu