Geri

DYNX Bərdə rayonunda təbliğat günü keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti 28 aprel 2016-cı il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bərdə rayonundakı Meşələrin Mühafizəsi və Bərpası Müəssisəsində yanğına qarşı təbliğat xarakterli tədbir keçirmişdir. Respublikamızın ərazisindəki meşə  və meşə zolaqlarının, meşə ətrafında yerləşən obyektlərin  yanğın təhlükəsizliyini təmin etmək məqsədilə keçirilmiş tədbirdə meşələrdə və meşə zolaqlarında müvəqqəti tikintilərin aparılmasının qadağan olunmasının, yanğınsöndürmə texnikalarının və vasitələrinin   daim işlək vəziyyətdə saxlanılmasının vacibliyi diqqətə çatdırlılmışdır. Bildirilmişdir ki, meşə və meşə zolaqlarında yanğınların baş verməsinə səbəb ola bilən  halların aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi, yanğınsöndürmə texnikasına və vasitələrinə düzgün texniki xidmətin göstərilməsi,  meşə sahəsində keçidlərin, yolların, su mənbələrinin vəziyyətinə nəzarət edilməsi prioritet məsələ kimi diqqət mərkəzində saxlanılmalıdır. Qeyd olunmuşdur ki, meşələrin yanğın təhlükəsizliyinin təmin edilməsi üçün maairfləndirmə və təbliğat işi aparılmalı, yanğından müdafiə sistemləri və vasitələri, o cümlədən ilkin yanğınsöndürmə vasitələri işlək vəziyyətdə saxlanılmalı, onların başqa məqsədlər üçün istifadəsinə yol verilməməli, meşələrdə müvəqqəti istirahət zonalarında siqaret çəkənlər üçün xüsusi yerlər təşkil edilməli, meşə tullantılarının yandırılması zamanı yanğın təhlükəsizliyi qaydalarına əməl olunmalıdır.

Tədbirin sonunda Bərdə rayonu Meşələrin Mühafizəsi və Bərpası Müəssisəsinin əməkdaşlarına meşələrin yanğın təhlükəssizliyi qaydalarını təbliğ edən plakatlar paylanmışdır.

Digər məlumatlar

FHN-in Şimal Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqini təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi tərəfindən Elm və Təhsil Nazirliyinin Quba-Xaçmaz Regional Təhsil İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar Texnoloji Kollecində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu

FHN-in Gəncə Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi tərəfindən Azərbaycan Texnologiya Universitetində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu