Geri

“Formula-1” Avropa Qran-prisi yarışlarına hazırlıq çərçivəsində FHN-in xilasetmə və yanğınsöndürmə marşalları üçün təlimlər keçirilir

Bakıda keçiriləcək 2016-cı il “Formula-1” Avropa Qran-prisi yarışlarına hazırılıq çərçivəsində “Baku Marshals Club” tərəfindən aprelin 25-dən 29-dək Fövqəladə Hallar Nazirliyinin xilasetmə və yanğınsöndürmə marşalları üçün təlimlər keçirilir.

Bəhreyn Motor-İdman Federasiyasının peşəkar təlimçiləri tərəfindən FHN Akademiyasının təlim bazasında aparılan təlimlər nəzəri və praktik hissədən ibarətdir.

Təlimlərin nəzəri hissəsində marşalların vəzifələri, onların peşəkarlığının daha da artırılması üzrə metodik vəsaitlər vasitəsilə məruzələr edilir.

Praktik hissədə Bəhreyn Motor-İdman Federasiyasının peşəkar təlimçiləri tərəfindən 

yanğınsöndürmə əməliyyatlarının imitasiyası, xilasedicilərin və yanğınsöndürənlərin hadisələrə çevik reaksiya verməsi üçün məşqlər həyata keçirilir.

Digər məlumatlar

Sumqayıtda “Mülki aviasiyada axtarış və xilasetmə işlərinin təşkili” mövzusunda seminar keçirilib

FHN-in Sumqayıt Regional Mərkəzində Nazirliyin Baş əməliyyat idarəsinin təşkilatçılığı ilə “Mülki aviasiyada axtarış və xilasetmə işlərinin təşkili” mövzusunda seminar keçirilib. ...

Ardını oxu

FHN Ağcabədidə seminar-müşavirə keçirib

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin təşkilatçılığı ilə Bərdə Rayon İcra Hakimiyyətində “Rayon Fövqəladə Hallar Komissiyası ilə FHN-in yerli struktur bölmələrinin qarşılıqlı fəaliyyəti” mövzusunda seminar-müşavirə keçirilib. ...

Ardını oxu

FHN-in Muğan Regional Mərkəzi “dəyirmi masa” keçirib

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi tərəfindən Şirvan Şəhər İcra Hakimiyyətində “Fövqəladə halların nəticələrinin aradan qaldırılması sahəsində Nazirliyin yerli qurumları ilə rayon icra hakimiyyəti və özünüidarəetmə orqanları, eləcə də xidmət sahələri arasında qarşılıqlı fəaliyyət, qarşıda duran vəzifələr və problemlər” mövzusunda “dəyirmi masa” keçirilib. ...

Ardını oxu