Geri

FHN-in Şimal Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi 12 aprel 2016-cı il tarixində Quba rayonunun İsnovqışlaq kənd tam orta məktəbində “Yanğın təhlükəsizliyi qaydalarına hamı əməl etməlidir” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

Tədbirin keçirilməsində məqsəd məktəbin müəllim və şagird heyətinə müxtəlif təbii və texnogen xarakterli fövqəladə hallardan necə qorunmalı, dinc və ya müharibə dövründə mülki müdafiənin rolu, məişətdə və evdən kənarda təhlükəsizlik tədbirləri mövzularında biliklərin aşılanması olmuşdur.

Tədbir zamanı Şimal Regional Mərkəzinin regionda yerləşən təhsil müəssisələri ilə qarşılıqlı fəaliyyətinin əhəmiyyəti, FHN-in fəaliyyət istiqamətləri, daxili yanğın kranlarından və yanğınsöndürmə avadanlıqlarından istifadə üsulları, zəlzələ və yanğın zamanı təxliyyənin təşkili, ilkin tibbi yardımın göstərilməsi, gündəlik həyatda baş verən texnogen hadisələrin yaranma səbəbləri və təhlükəsizliyimizin təmin olunmasında “112” qaynar xəttinin rolu kimi mövzularda məlumat verilmişdir.

Tədbirin sonunda dəm qazı və zəlzələ haqqında videoçarxlar nümayiş olunmuş, suallar cavablandırılmışdır.

Digər məlumatlar

Sumqayıtda “Mülki aviasiyada axtarış və xilasetmə işlərinin təşkili” mövzusunda seminar keçirilib

FHN-in Sumqayıt Regional Mərkəzində Nazirliyin Baş əməliyyat idarəsinin təşkilatçılığı ilə “Mülki aviasiyada axtarış və xilasetmə işlərinin təşkili” mövzusunda seminar keçirilib. ...

Ardını oxu

FHN Ağcabədidə seminar-müşavirə keçirib

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin təşkilatçılığı ilə Bərdə Rayon İcra Hakimiyyətində “Rayon Fövqəladə Hallar Komissiyası ilə FHN-in yerli struktur bölmələrinin qarşılıqlı fəaliyyəti” mövzusunda seminar-müşavirə keçirilib. ...

Ardını oxu

FHN-in Muğan Regional Mərkəzi “dəyirmi masa” keçirib

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi tərəfindən Şirvan Şəhər İcra Hakimiyyətində “Fövqəladə halların nəticələrinin aradan qaldırılması sahəsində Nazirliyin yerli qurumları ilə rayon icra hakimiyyəti və özünüidarəetmə orqanları, eləcə də xidmət sahələri arasında qarşılıqlı fəaliyyət, qarşıda duran vəzifələr və problemlər” mövzusunda “dəyirmi masa” keçirilib. ...

Ardını oxu