Geri

FHN-in Qarabağ Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi 9 mart 2016-cı il tarixində nazirliyin yerli qurumları ilə birgə Bərdə Sosial-İqtisad Kollecində “Yanğın təhlükəsizliyi qaydalarına hamı əməl etməlidir!” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

Tədbirdə “Fövqəladə halların növləri”, “Zəlzələ baş verdikdə necə hərəkət etməli”, “112” zəng xidmətinə müraciət qaydaları”, “Təhsil müəssisələrində yanğın təhlükəsizliyi qaydaları”, “Yanğınların baş vermə səbəbləri və yanğın zamanı hərəkət qaydaları” mövzularında çıxışlar edilmiş, Qarabağ Regional Mərkəzinin fəaliyyət istiqamətləri, gördüyü işlər, dəm qazı, məişətdə civə dağılmaları, yanğın zamanı davranış qaydaları, həmçinin, odsöndürən balonlardan istifadə qaydaları haqqında ətraflı məlumat verilmişdir.

Sonda maarifləndirmə xarakterli materiallar paylanmış, suallar cavablandırılmışdır.

Digər məlumatlar

Sumqayıtda “Mülki aviasiyada axtarış və xilasetmə işlərinin təşkili” mövzusunda seminar keçirilib

FHN-in Sumqayıt Regional Mərkəzində Nazirliyin Baş əməliyyat idarəsinin təşkilatçılığı ilə “Mülki aviasiyada axtarış və xilasetmə işlərinin təşkili” mövzusunda seminar keçirilib. ...

Ardını oxu

FHN Ağcabədidə seminar-müşavirə keçirib

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin təşkilatçılığı ilə Bərdə Rayon İcra Hakimiyyətində “Rayon Fövqəladə Hallar Komissiyası ilə FHN-in yerli struktur bölmələrinin qarşılıqlı fəaliyyəti” mövzusunda seminar-müşavirə keçirilib. ...

Ardını oxu

FHN-in Muğan Regional Mərkəzi “dəyirmi masa” keçirib

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi tərəfindən Şirvan Şəhər İcra Hakimiyyətində “Fövqəladə halların nəticələrinin aradan qaldırılması sahəsində Nazirliyin yerli qurumları ilə rayon icra hakimiyyəti və özünüidarəetmə orqanları, eləcə də xidmət sahələri arasında qarşılıqlı fəaliyyət, qarşıda duran vəzifələr və problemlər” mövzusunda “dəyirmi masa” keçirilib. ...

Ardını oxu