Geri

FHN-in Şimal Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi 9 mart 2016-cı il tarixində Qusar rayonunun Bədişqala kənd tam orta məktəbində “Fövqəladə hallar zamanı davranış qaydaları” və “Həyatının təhlükəsizliyi sənin öz əlindədir” mövzularında növbəti maarifləndirmə tədbiri keçirmişdir.

Tədbirin keçirilməsində məqsəd məktəbin müəllim və şagird heyətinə müxtəlif təbii və texnogen xarakterli fövqəladə halların yaranma səbəbləri ilə yanaşı fəlakət riskinin azaldılması yolları, icma və ya cəmiyyət daxilində fəlakətə səbəb ola biləcək amillərin aradan qaldırılmasında ilkin xəbərdarlıq sisteminin əhəmiyyəti və təhlükəsizlik qaydalarına biganəliyin nəticələri mövzularında məlumat verilməsi olmuşdur.

Tədbir zamanı FHN-in fəaliyyət istiqamətləri və qurumları,respublikanın şimal zonasına xas olan zəlzələ və sürüşmə zamanı təhlükəsiz təxliyyənin təşkili, məişətdə civə dağılması zamanı təhlükəsizlik qaydaları, Şimal Regional Mərkəzinin regionda yerləşən dövlət qurumları və təhsil müəssisələri ilə qarşılıqlı fəaliyyətinin əhəmiyyəti, fövqəladə hadisələrin vaxtında aradan qaldırılmasında “112” qaynar xəttinin rolu kimi mövzularda ətraflı məlumat verilmişdir.

Tədbirin sonunda dəm qazı, zəlzələ və odsöndürücü balonlardan istifadə qaydaları haqqında videoçarx nümayiş olunmuş, suallar cavablandırılmışdır.

Digər məlumatlar

Sumqayıtda “Mülki aviasiyada axtarış və xilasetmə işlərinin təşkili” mövzusunda seminar keçirilib

FHN-in Sumqayıt Regional Mərkəzində Nazirliyin Baş əməliyyat idarəsinin təşkilatçılığı ilə “Mülki aviasiyada axtarış və xilasetmə işlərinin təşkili” mövzusunda seminar keçirilib. ...

Ardını oxu

FHN Ağcabədidə seminar-müşavirə keçirib

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin təşkilatçılığı ilə Bərdə Rayon İcra Hakimiyyətində “Rayon Fövqəladə Hallar Komissiyası ilə FHN-in yerli struktur bölmələrinin qarşılıqlı fəaliyyəti” mövzusunda seminar-müşavirə keçirilib. ...

Ardını oxu

FHN-in Muğan Regional Mərkəzi “dəyirmi masa” keçirib

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi tərəfindən Şirvan Şəhər İcra Hakimiyyətində “Fövqəladə halların nəticələrinin aradan qaldırılması sahəsində Nazirliyin yerli qurumları ilə rayon icra hakimiyyəti və özünüidarəetmə orqanları, eləcə də xidmət sahələri arasında qarşılıqlı fəaliyyət, qarşıda duran vəzifələr və problemlər” mövzusunda “dəyirmi masa” keçirilib. ...

Ardını oxu