Geri

Aran Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi 4 mart 2016-ci il tarixində “Torpaq sürüşmələri və ondan qorunma qaydaları” mövzusunda Yevlax şəhər İ.Nəsimi adına 3 nömrəli tam orta məktəbinin müəllim və şagird heyətinin iştirakı ilə maarifləndirmə tədbiri keçirmişdir. Tədbirin keçirilməsində əsas məqsəd torpaq sürüşmələri zamanı insanların davranış qaydaları barədə məktəbin kollektivini məlumatlandırmaq olmuşdur. Tədbirdə FHN-in yerli qurumlarının nümayəndələri də iştirak etmişdir.

Tədbirdə FHN Aran Regional Mərkəzinin fəaliyyəti və tədbirin məqsədindən danışılmış, “Torpaq sürüşmələri və ondan qorunma qaydaları”, “112 qaynar xətti”nə hansı hallarda müraciət etmək olar” mövzusunda məruzələr edilmişdir. Toplantıda FHN-in Akademiyasi barədə də məlumat verilmişdir.

Sonda FHN-in fəaliyyəti ilə bağlı videoçarx nümayiş olunmuş, iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.

Digər məlumatlar

Sumqayıtda “Mülki aviasiyada axtarış və xilasetmə işlərinin təşkili” mövzusunda seminar keçirilib

FHN-in Sumqayıt Regional Mərkəzində Nazirliyin Baş əməliyyat idarəsinin təşkilatçılığı ilə “Mülki aviasiyada axtarış və xilasetmə işlərinin təşkili” mövzusunda seminar keçirilib. ...

Ardını oxu

FHN Ağcabədidə seminar-müşavirə keçirib

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin təşkilatçılığı ilə Bərdə Rayon İcra Hakimiyyətində “Rayon Fövqəladə Hallar Komissiyası ilə FHN-in yerli struktur bölmələrinin qarşılıqlı fəaliyyəti” mövzusunda seminar-müşavirə keçirilib. ...

Ardını oxu

FHN-in Muğan Regional Mərkəzi “dəyirmi masa” keçirib

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi tərəfindən Şirvan Şəhər İcra Hakimiyyətində “Fövqəladə halların nəticələrinin aradan qaldırılması sahəsində Nazirliyin yerli qurumları ilə rayon icra hakimiyyəti və özünüidarəetmə orqanları, eləcə də xidmət sahələri arasında qarşılıqlı fəaliyyət, qarşıda duran vəzifələr və problemlər” mövzusunda “dəyirmi masa” keçirilib. ...

Ardını oxu