Geri

FHN-in Cənub Regional Mərkəzi müşavirə keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi 3 mart 2016-cı il tarixində nazirliyin digər qurumlarının iştirakı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qaz İxrac”  idarəsinin Astara Qaz-Kompressor Stansiyasında "Mülki müdafiə tədbirlərinin planlaşdırılması və həyata keçirilməsi, mülki müdafiə hazırlığının təşkili" mövzusunda  müşavirə keçirmişdir.

Müşavirədə Astara Rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qaz İxrac”  idarəsinin, Lənkəran Regional Fövqəladə Hallar və Mülki Müdafiə şöbəsinin, Cənub Regional Dövlət Yanğın Nəzarəti idarəsinin nümayəndələri və Astara Qaz-Kompressor Stansiyasının kollektivi iştirak etmişdir.

Tədbirdə Fövqəladə Hallar Nazirliyinin yaranması, qurumları, fəaliyyət istiqamətləri və təsnifatı, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində görülən işlər barədə məlumat verilmişdir.

Müşavirə zamanı təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı düzgün davranış qaydaları, dəm qazı təhlükəsi və onun qarşısının alınması yolları, ilkin və təxirəsalınmaz tibbi yardım, mülki müdafiə hazırlığının təşkili, fərdi mühafizə vasitələrindən və ilkin yanğınsöndürmə avadanlıqlarından düzgün istifadə qaydaları barədə məlumat verilmişdir.

Daha sonra idarə və müəssisələrin təxliyyə planlarının düzgün hazırlanmasının, yanğın və texniki təhlükəsizlik tədbirlərinə əməl edilməsinə nəzarətin artırılmasının, ehtiyat çıxış qapılarının və zirzəmilərin daim istifadəyə yararlı vəziyyətdə saxlanılmasının, ilkin yanğınsöndürmə vasitələri ilə təchiz olunmasının vacibliyi tədbir iştirakçılarının diqqətinə çatdırılmışdır.

Müşavirənin sonunda müxtəlif mövzularda hazırlanmış videoçarxlar nümayiş etdirilmiş, yaddaş kitabçaları və xəbərdarlıq vərəqələri tədbir iştirakçılarına paylanılmışdır.

Digər məlumatlar

Sumqayıtda “Mülki aviasiyada axtarış və xilasetmə işlərinin təşkili” mövzusunda seminar keçirilib

FHN-in Sumqayıt Regional Mərkəzində Nazirliyin Baş əməliyyat idarəsinin təşkilatçılığı ilə “Mülki aviasiyada axtarış və xilasetmə işlərinin təşkili” mövzusunda seminar keçirilib. ...

Ardını oxu

FHN Ağcabədidə seminar-müşavirə keçirib

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin təşkilatçılığı ilə Bərdə Rayon İcra Hakimiyyətində “Rayon Fövqəladə Hallar Komissiyası ilə FHN-in yerli struktur bölmələrinin qarşılıqlı fəaliyyəti” mövzusunda seminar-müşavirə keçirilib. ...

Ardını oxu

FHN-in Muğan Regional Mərkəzi “dəyirmi masa” keçirib

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi tərəfindən Şirvan Şəhər İcra Hakimiyyətində “Fövqəladə halların nəticələrinin aradan qaldırılması sahəsində Nazirliyin yerli qurumları ilə rayon icra hakimiyyəti və özünüidarəetmə orqanları, eləcə də xidmət sahələri arasında qarşılıqlı fəaliyyət, qarşıda duran vəzifələr və problemlər” mövzusunda “dəyirmi masa” keçirilib. ...

Ardını oxu