Geri

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti 30 mart 2016-cı il tarixində Gəncə şəhərindəki Azərbaycan Texnologiya Universitetində maarifləndirmə tədbiri keçirmişdir.

Tədbirdə “Yanğın təhlükəsizliyi qaydalarına riayət edin” adlı slayd təqdim edilərək yanğın təhlükəsizliyi  qaydaları haqqında danışılmış, həmçinin, “Təhsil müəssisələrinin yanğın təhlükəsizliyi” ilə bağlı  ətraflı məlumat verilmişdir. Təhsil müəssisələri ərazisinin daim təmiz vəziyyətdə saxlanılması, normativ sənədlərə uyğun ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməsi, yanğın zamanı təxliyyə planları və hər bir auditoriya üçün yanğın təhlükəsizliyi qaydalarına aid yaddaş kitabçalarının tərtib olunaraq müvafiq yerlərdən asılması, pilləkən qəfəsliklərində əlavə otaqların quraşdırılmasının yolverilməzliyi, yanğına qarşı su təchizatına qayğı ilə yanaşılmasının vacibliyi  qeyd olunmuşdur.

Tədbirdə ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani surətdə nümayiş etdirilmiş, yanğın təhlükəsizliyi qaydalarını təbliğ edən buklet və kitabçalar paylanmışdır.

Digər məlumatlar

FHN-in Gəncə Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi tərəfindən Azərbaycan Texnologiya Universitetində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu

FHN-in Sumqayıt Regional Mərkəzi təlim keçirib

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi “Yol nəqliyyat hadisələri zamanı zərərçəkmişlərin xilas edilməsi” mövzusunda təlim keçirib. ...

Ardını oxu

FHN-in Bakı Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi tərəfindən Azərbaycan Dövlət Dəniz Akademiyasında “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu