Geri

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında soyqırımı qurbanları anılmışdır

Martın 30-da Fövqəladə Hallar Nazirliyinin Akademiyasında 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş toplantı keçirilmişdir.

Əvvəlcə, tədbir iştirakçıları soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.

Toplantını giriş sözü ilə açan Fövqəladə Hallar Nazirliyinin Akademiyasının rəisi general-mayor Pənah Süleymanov erməni millətçilərinin və onların havadarlarının son iki əsrdə azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirdikləri soyqırımlardan ətraflı bəhs etmişdir. O bildirmişdir ki, bəşər tarixinin ən qanlı və faciəli səhifələrindən olan 31 mart 1918-ci il qətliamı nəticəsində Azərbaycan ərazisində on minlərlə soydaşımız, o cümlədən Bakıda və ətraf kəndlərdə 30 minə yaxın azərbaycanlı erməni daşnak birlikləri tərəfindən qəddarlıqla qətlə yetirilmiş, məscidlər, məktəb binaları yandırılmışdır. Ermənilər bolşeviklərin köməyi ilə Quba qəzasında üç dəfə qətliam törətmişlər. Daşnak-bolşevik birləşmələri Quba qəzasında 162 kəndi yandırmış, çoxlu sayda insanı qətlə yetirmişlər. Şamaxı qəzasının 53 kəndində isə ermənilər 8 mindən çox azərbaycanlını öldürmüşlər.  Akademiyanın rəisi qeyd etmişdir ki, son illər Qubada aparılmış arxeoloji qazıntılar nəticəsində ermənilərin törətdiyi kütləvi insan qətllərini aşkarlayan faktlar üzə çıxarılmışdır. Tapılmış saysız-hesabsız insan sümükləri bu qırğınlar zamanı erməni vəhşiliyini təsdiqləyən əyani dəlillərdir.

Toplantıda qeyd olunmuşdur ki, ümummilli liderimiz Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanında bu hadisələrə siyasi qiymət verilmiş və azərbaycanlıların ermənilər tərəfindən soyqırımına məruz qaldıqları ilk dəfə rəsmi surətdə bəyan olunmuşdur. Artıq on səkkiz ildir ki, martın 31-i Azərbaycanlıların Soyqırımı Günü kimi hər il dövlət səviyyəsində qeyd edilir.

Sonra Akademiyanın rəis müavini polkovnik Afət Qurbanov “Soyqırımı azərbaycanlılara qarşı törədilmiş amansız cinayətdir”  və Humanitar fənlər kafedrasının baş müəllimi Fizuli İbrahimzadə “Ermənilərin azərbaycanlılara qarşı törətdikləri 31 Mart soyqırımı və təcavüzkarlıq siyasəti” mövzusunda çıxışlar etmişlər.

Tədbirin sonunda 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş videoçarx nümayiş etdirilmişdir.

Digər məlumatlar

FHN-in Gəncə Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi tərəfindən Azərbaycan Texnologiya Universitetində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu

FHN-in Sumqayıt Regional Mərkəzi təlim keçirib

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi “Yol nəqliyyat hadisələri zamanı zərərçəkmişlərin xilas edilməsi” mövzusunda təlim keçirib. ...

Ardını oxu

FHN-in Bakı Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi tərəfindən Azərbaycan Dövlət Dəniz Akademiyasında “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu