Geri

Şimal-qərb Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi 29 mart 2016-cı il tarixində Şəki rayon Kiş kənd 1 nömrəli tam orta məktəbində “Fövqəladə hallar zamanı davranış qaydaları” mövzusunda nəzəri-praktiki maarifləndirmə tədbiri keçirmişdir. Tədbirdə məktəbin kollektivi, Şəki rayon Təhsil şöbəsinin, FHN Şimal-qərb Regional Mərkəzinin, Mingəçevir Regional Fövqəladə Hallar və Mülki Müdafiə şöbəsinin əməkdaşları iştirak etmişdir.        

Toplantıda ilk öncə iştirakçılara Fövqəladə Hallar Nazirliyi, Şimal-qərb Regional Mərkəzi haqqında geniş məlumat verilmişdir. Sonra fövqəladə halların yaranma səbəbləri, ərazi üçün xarakterik olan təbii fəlakətlər və fövqəladə hadisə baş verən zaman davranış qaydalarından danışılmışdır.  Tədbirdə fövqəladə halların qarşısının alınmasında təbliğatın rolu, nəqliyyat qəzaları, yanğınların başvermə səbəbləri,  yanğın və texniki təhlükəsizlik qaydaları, mülki müdafiə işinin təşkili, “112” qaynar telefon xətti” və s. mövzular ətrafında çıxışlar olmuşdur. Çıxışlardan  sonra zəlzələ zamanı davranış və dəm qazı təhlükəsinin qarşısının alınmasına dair videoçarxlar nümayiş etdirilmişdir. Tədbirin praktiki hissəsində isə müəllim və şagirdlər, texniki işçilər zəlzələ zamanı davranış qaydaları haqqında geniş təlimatlandırılmış, məktəb binasında şərti zəlzələ həyəcanı verilmişdir. Müəllim və şagirdlər binadan təhlükəsiz yerə təxliyyə olunmuşlar.

Toplantının sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.

Digər məlumatlar

FHN-in Gəncə Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi tərəfindən Azərbaycan Texnologiya Universitetində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu

FHN-in Sumqayıt Regional Mərkəzi təlim keçirib

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi “Yol nəqliyyat hadisələri zamanı zərərçəkmişlərin xilas edilməsi” mövzusunda təlim keçirib. ...

Ardını oxu

FHN-in Bakı Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi tərəfindən Azərbaycan Dövlət Dəniz Akademiyasında “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu