Geri

FHN-in Muğan Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyi Muğan Regional Mərkəzinin əməkdaşları 2 mart 2016-cı il tarixində İmişli Mərkəzi Rayon Xəstəxanasında “Baş verə biləcək fövqəladə hadisələrin qarşısının vaxtında alınması” və “Fövqəladə hallar zamanı nə etməli” mövzularında maarifləndirmə tədbiri keçirmişdir.

Maarifləndirmə tədbirində səhiyyə ocağının rəhbər işçiləri, həkimlər, tibb bacıları, Rayon İcra Hakimiyyətinin nümayəndəsi, Muğan Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşları iştirak etmişdir.

Tədbirdə “Novruz bayramı ilə bağlı yanğın təhlükəsizliyi”, “Fövqəladə halların təsnifatı”, “Təbii fövqəladə hallar zamanı nə etməli?”, “Yanğın zamanı nə etməli?” mövzularında çıxışlar edilmiş, Muğan Regional Mərkəzinin fəaliyyət istiqamətləri, gördüyü işlər, o cümlədən regionda fəaliyyət göstərən xəstəxana, səhiyyə ocaqları ilə fövqəladə halların qarşısının alınması istiqamətindəki səmərəli qarşılıqlı fəaliyyəti haqda slaydlarla geniş məlumat verilmişdir.

Tədbir zamanı Fövqəladə Hallar Nazirliyinin yaranması və fəaliyyət istiqamətləri haqqında videoçarx  nümayiş olunmuş, suallar cavablandırılmışdır.

Digər məlumatlar

Sumqayıtda “Mülki aviasiyada axtarış və xilasetmə işlərinin təşkili” mövzusunda seminar keçirilib

FHN-in Sumqayıt Regional Mərkəzində Nazirliyin Baş əməliyyat idarəsinin təşkilatçılığı ilə “Mülki aviasiyada axtarış və xilasetmə işlərinin təşkili” mövzusunda seminar keçirilib. ...

Ardını oxu

FHN Ağcabədidə seminar-müşavirə keçirib

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin təşkilatçılığı ilə Bərdə Rayon İcra Hakimiyyətində “Rayon Fövqəladə Hallar Komissiyası ilə FHN-in yerli struktur bölmələrinin qarşılıqlı fəaliyyəti” mövzusunda seminar-müşavirə keçirilib. ...

Ardını oxu

FHN-in Muğan Regional Mərkəzi “dəyirmi masa” keçirib

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi tərəfindən Şirvan Şəhər İcra Hakimiyyətində “Fövqəladə halların nəticələrinin aradan qaldırılması sahəsində Nazirliyin yerli qurumları ilə rayon icra hakimiyyəti və özünüidarəetmə orqanları, eləcə də xidmət sahələri arasında qarşılıqlı fəaliyyət, qarşıda duran vəzifələr və problemlər” mövzusunda “dəyirmi masa” keçirilib. ...

Ardını oxu