Geri

FHN-in Gəncə Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyi Gəncə Regional Mərkəzinin əməkdaşları tərəfindən 29 mart 2016-cı il tarixində Göygöl rayonunun Bərambağ kənd orta məktəbində “Fövqəladə hallar zamanı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirilmişdir. Tədbirdə Göygöl Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları da iştirak etmişdir.

Tədbirin keçirilməsində məqsəd məktəbin müəllim və şagirdlərinə müxtəlif xarakterli təbii və texnogen fövqəladə halların yaranma səbəbləri, onlardan qorunma üsulları, elektrik və qaz cihazlarından istifadə zamanı diqqətli olmağın vacibliyi, mənzildə yanğın zamanı davranış qaydaları, daxili yanğın kranlarından və müasir yanğınsöndürmə avadanlıqlarından istifadə və təhlükəsizlik qaydaları mövzularında biliklərin aşılanması olmuşdur.

Keçirilən tədbirdə yanğınlar, zəlzələ, dəm qazı təhlükəsi, “112” qaynar telefon xətti, civə dağılmalarının təhlükəsi, odsöndürən balonlardan istifadə qaydaları haqqında geniş məlumat verilmişdir.  

Zəlzələ və dəm qazı haqqında videoçarxlar nümayiş olunmuş, suallar cavablandırılmışdır.

Digər məlumatlar

FHN-in Gəncə Regional Mərkəzində “Heydər Əliyev İli”nə həsr olunmuş dəyirmi masa keçirilib

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzində “Heydər Əliyev İli”nə həsr olunmuş “Heydər Əliyevin parlaq zəkası” mövzusunda dəyirmi masa keçirilib. ...

Ardını oxu

FHN-in regional mərkəzlərində silsilə mülki müdafiə kursları keçirilib

Fövqəladə Hallar Nazirliyinin regional mərkəzləri tərəfindən “2023-cü il üçün Mülki müdafiə kurslarının dinləyicilərlə komplektləşdirmə planları”na əsasən silsilə mülki müdafiə kursları keçirilib. ...

Ardını oxu

FHN-in Şimal Regional Mərkəzində “Heydər Əliyev İli”nə həsr olunmuş tədbir keçirilib

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzində “Heydər Əliyev İli”nə həsr olunmuş “Heydər Əliyev və müstəqil Azərbaycanın dövlət quruculuğu” mövzusunda tədbir keçirilib. ...

Ardını oxu