Geri

FHN-in Şimal Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi 29 mart 2016-cı il tarixində Quba rayonunun Zizik kənd tam orta məktəbində “Fövqəladə hallar zamanı davranış qaydaları” və “Həyatının təhlükəsizliyi sənin öz əlindədir” mövzularında maarifləndirmə tədbiri keçirmişdir.

Tədbirin keçirilməsində məqsəd məktəbin müəllim və şagirdlərinə müxtəlif təbii və texnogen xarakterli fövqəladə hallardan necə qorunmalı, mülki müdafiənin rolu, təhlükəsizlik tədbirləri mövzularında biliklərin aşılanması olmuşdur.

Tədbir zamanı Şimal Regional Mərkəzinin regionda yerləşən təhsil müəssisələri ilə qarşılıqlı fəaliyyətinin əhəmiyyəti, FHN-in fəaliyyət istiqamətləri, daxili yanğın kranlarından və yanğınsöndürmə avadanlıqlarından istifadə üsulları, zəlzələ və yanğın zamanı təxliyyənin təşkili, ilkin tibbi yardımın göstərilməsi, gündəlik həyatda baş verən texnogen hadisələrin yaranma səbəbləri və təhlükəsizliyimizin təmin olunmasında “112” qaynar xəttinin rolu kimi mövzularda ətraflı məlumat verilmişdir.

Tədbirin sonunda dəm qazı, məişətdə civə dağıldıqda nə etməli və zəlzələ haqqında videoçarxlar nümayiş olunmuş, suallar cavablandırılmışdır.

Digər məlumatlar

FHN-in Gəncə Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi tərəfindən Azərbaycan Texnologiya Universitetində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu

FHN-in Sumqayıt Regional Mərkəzi təlim keçirib

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi “Yol nəqliyyat hadisələri zamanı zərərçəkmişlərin xilas edilməsi” mövzusunda təlim keçirib. ...

Ardını oxu

FHN-in Bakı Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi tərəfindən Azərbaycan Dövlət Dəniz Akademiyasında “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu