Geri

Avropa Qran Prisinin rəhbər marşallarına təlim keçirilmişdir

27-28 fevral tarixlərində Atletlər Kəndində yenicə açılmış Marşallar Mərkəzində Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) və Azərbaycan Avtomobil Federasiyasının birgə təşkilatçılığı ilə Bəhreyndən gələn mütəxəssislərin təqdimatında rəhbər marşallar üçün təlim keçirilmişdir.

İki gün davam edən təlimdə Formula 1 Avropa Qran Prisinin Marşal proqramına müraciət edənlər arasından seçilmiş 80-ə yaxın rəhbər marşal iştirak etmişdir. Bu marşallar heyətində Formula 1 azarkeşləri, xaricdə yaşayan azərbaycanlılar, avtoidman üzrə təcrübəli şəxslər və Azərbaycanda fəaliyyət göstərən aparıcı şirkətlərin nümayəndələri təmsil olunmuşlar.

Təlim zamanı Avropa Qran Prisində fəaliyyət göstərəcək rəhbər marşallara komanda işinin təşkili, komanda üzvləri arasında səmərəli əlaqələrin qurulması, sürətli qərar qəbuletmə, vəzifə və öhdəliklərin uğurlu icrası kimi zəruri mövzularda nəzəri və praktiki məlumatlar verilmişdir.

Formula 1 üzrə keçirilən Qran Pri yarışlarının təşkilatçılığında sahib olduğu təcrübəni azərbaycanlı həmkarları ilə bölüşmək üçün Bakıya səfər edən bəhreynli mütəxəssislərin fikrincə, rəhbər marşalların təlim prosesi səmərəli keçmişdir.

Təlimdə  Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 4 əməkdaşı - Samir Novruzov, Emil Hüseynli, Əsəd Məmmədov və Əliəşrəf Hacıyev yanğınsöndürmə və xilasetmə sahəsi üzrə rəhbər marşal qismində iştirak edərək  müvafiq sertifikatlar əldə etmişlər. Qeyd etmək lazımdır ki, Bakıda təşkil ediləcək Formula 1 Avropa Qran Pri yarışında Fövqəladə Hallar Nazirliyinin 300 nəfərlik heyəti marşal kimi fəaliyyət göstərərək yarışın təşkilinə öz töhvələrini verəcəklər.

Digər məlumatlar

Sumqayıtda “Mülki aviasiyada axtarış və xilasetmə işlərinin təşkili” mövzusunda seminar keçirilib

FHN-in Sumqayıt Regional Mərkəzində Nazirliyin Baş əməliyyat idarəsinin təşkilatçılığı ilə “Mülki aviasiyada axtarış və xilasetmə işlərinin təşkili” mövzusunda seminar keçirilib. ...

Ardını oxu

FHN Ağcabədidə seminar-müşavirə keçirib

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin təşkilatçılığı ilə Bərdə Rayon İcra Hakimiyyətində “Rayon Fövqəladə Hallar Komissiyası ilə FHN-in yerli struktur bölmələrinin qarşılıqlı fəaliyyəti” mövzusunda seminar-müşavirə keçirilib. ...

Ardını oxu

FHN-in Muğan Regional Mərkəzi “dəyirmi masa” keçirib

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi tərəfindən Şirvan Şəhər İcra Hakimiyyətində “Fövqəladə halların nəticələrinin aradan qaldırılması sahəsində Nazirliyin yerli qurumları ilə rayon icra hakimiyyəti və özünüidarəetmə orqanları, eləcə də xidmət sahələri arasında qarşılıqlı fəaliyyət, qarşıda duran vəzifələr və problemlər” mövzusunda “dəyirmi masa” keçirilib. ...

Ardını oxu