Geri

FHN-in Bakı Regional Mərkəzində “dəyirmi masa” keçirilmişdir

1 mart 2016-cı il tarixində Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzində Ümumdünya Mülki Müdafiə Günü ilə bağlı “Mülki müdafiə və yeni informasiya texnologiyaları” mövzusunda “dəyirmi masa” keçirilmişdir.

“Dəyirmi masa”da Bakı Regional Mərkəzinin şəxsi heyəti, eləcə də FHN Regional Mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin nümayəndələri iştirak etmişdir.

Tədbiri giriş sözü ilə açan Bakı Regional Mərkəzinin rəis müavini polkovnik-leytenant Elnur Qasımov tədbirin mahiyyətindən bəhs etmişdir. Çıxış edən natiqlər “1 Mart - Ümumdünya Mülki Müdafiə Günü”, “Azərbaycan Respublikasının mülki müdafiə sistemi”, “Fövqəladə hadisələrdən müdafiə sahəsində əhalinin hazırlanması”, “Beynəlxalq Mülki Müdafiə Təşkilatının yaranma tarixi və fəaliyyət istiqamətləri, “Azərbaycan Respublikasının Beynəlxalq Mülki Müdafiə Təşkilatına üzvlüyü”, Mülki Müdafiə təbliğatı və əhalinin fəlakət riskinin qarşısının alınması barədə iştirakçılara ətraflı məlumat vermişdir.

Bakı Regional Mərkəzinin rəis müavini Tale Şamçıyev çıxış edərək, əhalinin müxtəlif fövqəladə hadisələr üzrə maarifləndirilməsinin zəruriliyini vurğulamışdır.

Digər məlumatlar

Sumqayıtda “Mülki aviasiyada axtarış və xilasetmə işlərinin təşkili” mövzusunda seminar keçirilib

FHN-in Sumqayıt Regional Mərkəzində Nazirliyin Baş əməliyyat idarəsinin təşkilatçılığı ilə “Mülki aviasiyada axtarış və xilasetmə işlərinin təşkili” mövzusunda seminar keçirilib. ...

Ardını oxu

FHN Ağcabədidə seminar-müşavirə keçirib

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin təşkilatçılığı ilə Bərdə Rayon İcra Hakimiyyətində “Rayon Fövqəladə Hallar Komissiyası ilə FHN-in yerli struktur bölmələrinin qarşılıqlı fəaliyyəti” mövzusunda seminar-müşavirə keçirilib. ...

Ardını oxu

FHN-in Muğan Regional Mərkəzi “dəyirmi masa” keçirib

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi tərəfindən Şirvan Şəhər İcra Hakimiyyətində “Fövqəladə halların nəticələrinin aradan qaldırılması sahəsində Nazirliyin yerli qurumları ilə rayon icra hakimiyyəti və özünüidarəetmə orqanları, eləcə də xidmət sahələri arasında qarşılıqlı fəaliyyət, qarşıda duran vəzifələr və problemlər” mövzusunda “dəyirmi masa” keçirilib. ...

Ardını oxu