Geri

FHN Şimal-qərb Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

1 mart 2016-cı il tarixində Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi ilə Şamaxı Regional Fövqəladə Hallar və Mülki Müdafiə şöbəsi “1 Mart - Ümumdünya Mülki Müdafiə Günü” münasibəti ilə İsmayıllı şəhər 3 nömrəli məktəb-liseydə nəzəri-praktiki, Qəbələ rayonu Tüntül kənd tam orta məktəbində isə nəzəri maarifləndirmə tədbirləri keçirmişdir. Tədbirlərdə məktəbin müəllim və şagird kollektivi iştirak etmişdir.

Şagirdlərin fövqəladə hallara hazır olması, fövqəladə hallar zamanı davranış qaydaları, özünə və digərlərinə ilkin tibbi yardımın göstərilməsi və mülki müdafiə sahəsində mükəmməl vərdiş və biliklərə yiyələnməsinə  nail olmaq məqsədi daşıyan hər iki tədbirdə ilk öncə “1 - Mart Ümumdünya Mülki Müdafiə Günü”nün yaranma tarixi və məqsədləri haqqında geniş məlumat verilmişdir. Sonra Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti, fövqəladə  halların yaranma səbəbləri və onlardan mühafizə üsulları, ərazi üçün xarakterik olan təbii fəlakətlər, bu zaman davranış qaydaları, ehtimal olunan təbii və ya texnogen qəzaların qarşısının alınmasında, xəbərdar edilməsində bu sahədə aparılan təbliğatın rolu, mülki müdafiə, nəqliyyat qəzaları, yanğının başvermə amilləri, ona qarşı mübarizə tədbirləri, dəm qazından zəhərlənmənin profilaktikası, texnogen qəzalar, məktəblərdə yanğın təhlükəsizliyi qaydaları və yanğın təhlükəsizliyinin təmin olunması üçün qarşıda duran vəzifələr, texniki təhlükəsizlik qaydaları, “112” qaynar   telefon xətti və sair mövzular haqqında geniş məlumat verilmişdir.

Praktiki hissədə şərti xəbərdarlıq siqnalı ilə məktəb binasında “Yanğın və zəlzələ həyəcanı” elan edilmişdir. Yanğın zamanı müəllim və şagirdlər məktəbin şagirdlərindən yaradılmış xilasetmə qrupu tərəfindən təxliyyə olunmuş, binanın yuxarı mərtəbələrində çıxılmaz vəziyyətdə qalanlar xilas edilmiş, yaralılara ilkin tibbi yardım göstərilmiş, şagirdlərə fərdi mühafizə vasitələrindən istifadə qaydaları nümayiş etdirilmişdir.

Sonda şagirdlərə düzgün təxliyyə və xilasetmə qaydaları öyrədilmiş, iştirakçılarla qarşılıqlı fikir  mübadiləsi aparılmışdır.

Digər məlumatlar

Sumqayıtda “Mülki aviasiyada axtarış və xilasetmə işlərinin təşkili” mövzusunda seminar keçirilib

FHN-in Sumqayıt Regional Mərkəzində Nazirliyin Baş əməliyyat idarəsinin təşkilatçılığı ilə “Mülki aviasiyada axtarış və xilasetmə işlərinin təşkili” mövzusunda seminar keçirilib. ...

Ardını oxu

FHN Ağcabədidə seminar-müşavirə keçirib

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin təşkilatçılığı ilə Bərdə Rayon İcra Hakimiyyətində “Rayon Fövqəladə Hallar Komissiyası ilə FHN-in yerli struktur bölmələrinin qarşılıqlı fəaliyyəti” mövzusunda seminar-müşavirə keçirilib. ...

Ardını oxu

FHN-in Muğan Regional Mərkəzi “dəyirmi masa” keçirib

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi tərəfindən Şirvan Şəhər İcra Hakimiyyətində “Fövqəladə halların nəticələrinin aradan qaldırılması sahəsində Nazirliyin yerli qurumları ilə rayon icra hakimiyyəti və özünüidarəetmə orqanları, eləcə də xidmət sahələri arasında qarşılıqlı fəaliyyət, qarşıda duran vəzifələr və problemlər” mövzusunda “dəyirmi masa” keçirilib. ...

Ardını oxu