Geri

FHN-in Sumqayıt Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi 1 mart 2016-cı il tarixində  Sumqayıt şəhər 9 nömrəli tam orta məktəbində “1 Mart  - Ümumdünya Mülki Müdafiə Günü”nə həsr olunmuş tədbir keçirmişdir.

Tədbirdə Sumqayıt Regional Mərkəzinin, Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin, Sumqayıt Regional Fövqəladə Hallar və Mülki Müdafiə şöbəsinin, Sumqayıt şəhər Təhsil şöbəsinin əməkdaşları, məktəbin müəllim və şagirdləri iştirak etmişlər.

Əvvəlcə, Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətləri və qurumları haqqında sənədli film nümayiş olunmuşdur.

Sonra şərti olaraq “Həyəcan!” siqnalı verilmiş və şagirdlər məktəbdən təxliyyə olunaraq təhlükəsiz ərazidə toplaşmışlar. Zərərçəkmişlərin binadan çıxarılması üçün hadisə yerinə FHN  Sumqayıt Regional Mərkəzin Xüsusi Xilasetmə Hissəsinin 1 ədəd “Mersedes Benz Sprinter” markalı avtomobili tam heyəti ilə gəlmişdir. Sonra Sumqayıt Regional Mərkəzinin və Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin qüvvə və texnikasına baxış keçirilmiş, onların təyinatı və istifadəsi qaydaları haqqında məlumat verilərək şagirdləri maraqlandıran suallar cavablandırılmışdır.

Sonda zəlzələ mövzusunda şagirdlərin hazırladığı səhnəciklər göstərilmişdir.

Digər məlumatlar

Sumqayıtda “Mülki aviasiyada axtarış və xilasetmə işlərinin təşkili” mövzusunda seminar keçirilib

FHN-in Sumqayıt Regional Mərkəzində Nazirliyin Baş əməliyyat idarəsinin təşkilatçılığı ilə “Mülki aviasiyada axtarış və xilasetmə işlərinin təşkili” mövzusunda seminar keçirilib. ...

Ardını oxu

FHN Ağcabədidə seminar-müşavirə keçirib

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin təşkilatçılığı ilə Bərdə Rayon İcra Hakimiyyətində “Rayon Fövqəladə Hallar Komissiyası ilə FHN-in yerli struktur bölmələrinin qarşılıqlı fəaliyyəti” mövzusunda seminar-müşavirə keçirilib. ...

Ardını oxu

FHN-in Muğan Regional Mərkəzi “dəyirmi masa” keçirib

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi tərəfindən Şirvan Şəhər İcra Hakimiyyətində “Fövqəladə halların nəticələrinin aradan qaldırılması sahəsində Nazirliyin yerli qurumları ilə rayon icra hakimiyyəti və özünüidarəetmə orqanları, eləcə də xidmət sahələri arasında qarşılıqlı fəaliyyət, qarşıda duran vəzifələr və problemlər” mövzusunda “dəyirmi masa” keçirilib. ...

Ardını oxu