Tədbirlərdə “Novruz bayramı zamanı yanğın təhlükəsizliyi” adlı slayd təqdim edilərək yanğın təhlükəsizliyi qaydaları haqqında ətraflı məlumat verilmiş, tonqalların yanar materiallardan, evlərdən, mühəndis-texniki qurğulardan, elektrik və qaz xətlərindən kənarda yandırılması, tam söndürülənədək nəzarətdə saxlanılmasına ciddi əməl olunması, şənliklərdə atəşfəşanlıq məqsədilə pirotexniki vasitələrdən istifadənin qadağan olmasından, şənliklərdə azyaşlıların, uşaqların odla dəcəllik etməsinə yol verilməməsindən danışılmışdır.
Tədbirlərdə ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani olaraq nümayiş etdirilmiş, sonda isə Novruz bayramı zamanı yanğın təhlükəsizliyindən bəhs edən plakat və “Hər bir məktəbli yanğın təhlükəsizliyi qaydalarını bilməlidir” adlı buklet məktəb rəhbərliyinə təqdim olunmuşdur.
Fövqəladə Hallar Nazirliyinin Akademiyasında “Ümummilli lider Heydər Əliyev və təhsilin inkişafı” mövzusuna həsr olunmuş tədbir keçirilib. ...
Ardını oxuFövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi tərəfindən “Hündürlükdən xilasetmə işlərinin aparılması” mövzusunda praktiki gecə təlimi keçirilib. ...
Ardını oxuFövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 48 saylı Yol İstismar MMC-də “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirib. ...
Ardını oxu