Geri

Fövqəladə Hallar Nazirliyinin qurumları arasında çoxnövçülük idmanı üzrə çempionat keçirilmişdir

17-18 mart 2016-cı il tarixində Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubu və Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə nazirliyin qurumları arasında çoxnövçülük idmanı üzrə çempionat keçirilmişdir.

Respublika Olimpiya Mərkəzində təşkil edilən çempionatda 16 komandadan 70-ə yaxın idmançı iştirak etmişdir. Yüz və min metrə qaçış, hündürlüyə, uzununa tullanma və yadro itələmə növlərində yarışan idmançılar həm şəxsi, həm də komanda hesabında mübarizə aparmışlar.

Tofiq Əliyevin baş hakim olduğu çempionatda komanda hesabında birinci yeri Dövlət Yanğından Mühafizə Xidməti, ikinci yeri Xüsusi Riskli Xilasetmə Xidməti, üçüncü yeri isə Dövlət Sularda Xilasetmə Xidmətinin komandası tutmuşdur.

Şəxsi göstəricilərə görə Cəbrayılov Elnur  (FHN-in Akademiyası), Kəsəmənli Rəşad (İdman-sağlamlıq klubu) və Cabbarov Rəmzi (Qarabağ Regional Mərkəzi) müvafiq olaraq birinci, ikinci və üçüncü nəticəyə nail olmuşlar.

Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev tədbirdə çıxış edərək bu yarışlarda ötən illərlə müqayisədə yüksək nəticələr əldə olunduğunu diqqətə çatdırmış, aprel ayında stolüstü tennis üzrə çempionatın keçiriləcəyini qeyd etmişdir. O, çempionatda iştirak edən əməkdaşları qarşıdan gələn Novruz bayramı münasibəti ilə də təbrik etmişdir.

Sonra Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov qalib gələn idmançıları təbrik etmiş, onlara növbəti oyunlarda uğurlar arzulamışdır.

Sonda komanda və şəxsi hesaba görə qalib gələn idmançılar diplom, kubok, medal və qiymətli hədiyyələrlə mükafatlandırılmışdır.

Digər məlumatlar

FHN-in Tibb xidməti seminarlar keçirib

Fövqəladə Hallar Nazirliyinin Tibb Xidməti tərəfindən Nazirliyin əməkdaşları üçün Bakı, Lənkəran, Şirvan şəhərlərində, Salyan, Şamaxı, Qəbələ və Şəki rayonlarında seminarlar keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi “dəyirmi masa” keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Lənkəran şəhər bələdiyyəsində “Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində yerli icra qurumları və özünü idarə orqanları ilə qarşılıqlı fəaliyyətin təşkili” mövzusunda “dəyirmi masa” keçirilib. ...

Ardını oxu

FHN-in Şimal-qərb Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Şəki Suvarma Sistemləri İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu