Geri

Cənub Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Lənkəran şəhərində yerləşən “N” saylı hərbi hissəsində 10 mart 2016-cı il tarixində “Yanğın təhlükəsizlik qaydalarına əməl etmək həyat fəaliyyətinin təhlükəsizliyinin qarantıdır” mövzusunda nəzəri-praktik maarifləndirmə tədbiri keçirmişdir.

Toplantıda FHN-in Cənub Regional Mərkəzinin əməkdaşları ilə yanaşı, FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti Cənub Regional Dövlət Yanğın Nəzarəti idarəsinin, Mülki Müdafiə Qoşunları Lənkəran Regional Fövqəladə Hallar və Mülki Müdafiə şöbəsinin  əməkdaşları və hərbi hissənin şəxsi heyəti iştirak etmişdir.

Tədbirdə təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı davranış, mülki müdafiə tədbirləri, dəm qazı təhlükəsinin yaranma səbəbləri, fərdi mühafizə vasitələrindən və ilkin yanğınsöndürmə avadanlıqlarından istifadə, həmçinin, yanğın və texniki təhlükəsizlik qaydalarının tələbləri barədə tədbir iştirakçılarına geniş məlumat verilmişdir. 

Toplantıda Mərkəzin Xüsusi xilasetmə hissəsinin xilasetmə alət və avadanlıqları əyani şəkildə nümayiş etdirilmiş və əsgərləri maraqlandıran suallar xilasedicilər tərəfindən cavablandırılmışdır.

Sonda müxtəlif mövzularda hazırlanmış videoçarx və fotoslaydlar nümayiş etdirilmiş, yaddaş kitabçaları və xəbərdarlıq vərəqələri tədbir iştirakçılarına paylanılmışdır.

Digər məlumatlar

Sumqayıtda “Mülki aviasiyada axtarış və xilasetmə işlərinin təşkili” mövzusunda seminar keçirilib

FHN-in Sumqayıt Regional Mərkəzində Nazirliyin Baş əməliyyat idarəsinin təşkilatçılığı ilə “Mülki aviasiyada axtarış və xilasetmə işlərinin təşkili” mövzusunda seminar keçirilib. ...

Ardını oxu

FHN Ağcabədidə seminar-müşavirə keçirib

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin təşkilatçılığı ilə Bərdə Rayon İcra Hakimiyyətində “Rayon Fövqəladə Hallar Komissiyası ilə FHN-in yerli struktur bölmələrinin qarşılıqlı fəaliyyəti” mövzusunda seminar-müşavirə keçirilib. ...

Ardını oxu

FHN-in Muğan Regional Mərkəzi “dəyirmi masa” keçirib

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi tərəfindən Şirvan Şəhər İcra Hakimiyyətində “Fövqəladə halların nəticələrinin aradan qaldırılması sahəsində Nazirliyin yerli qurumları ilə rayon icra hakimiyyəti və özünüidarəetmə orqanları, eləcə də xidmət sahələri arasında qarşılıqlı fəaliyyət, qarşıda duran vəzifələr və problemlər” mövzusunda “dəyirmi masa” keçirilib. ...

Ardını oxu