Geri

FHN-in Muğan Regional Mərkəzi müşavirə keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi 9 mart 2016-cı il tarixində nazirliyin digər qurumlarının iştirakı ilə Sabirabad Rayon İcra Hakimiyyətində “İnsanların təhlükəsizliyinin təmin olunmasında fövqəladə hallar, yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının birgə fəaliyyəti” mövzusunda rayon müşavirəsi keçirmişdir.

Müşavirədə rayon İcra Hakimiyyətinin rəhbər işçiləri, rayon Fövqəladə hallar komissiyasının üzvləri, ərazi icra nümayəndələri, bələdiyyələr, idarə və təşkilat rəhbərləri iştirak etmişdir.

Tədbiri giriş sözü ilə açan Sabirabad Rayon İcra Hakimiyyəti  başçısının müavini  Həsən Həsənov icra strukturları ilə Regional Mərkəz arasındakı qarşılıqlı fəaliyyətin əhəmiyyətini qeyd edərək həyata keçirilən tədbirlər zamanı meydana çıxan problemlərin həllinə nail olmaq üçün müzakirələrin aparılmasının vacibliyini vurğulamışdır.

Çıxış edən digər natiqlər Fövqəladə Hallar Nazirliyinin yaranması, fəaliyyət istiqamətləri, nazirliyin respublikamızda fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində gördüyü uğurlu işlər barədə məlumat vermişdir. Bundan başqa, Muğan Regional Mərkəzinin monitorinq qruplarının Sabirabad rayonu ərazisində müxtəlif vaxtlarda yaşayış binalarının, yüksək gərginlikli elektrik hava və yüksək təzyiqli qaz kəmərlərinin mühafizə zonalarında, eləcə də rayon ərazisindəki süni göllər və onların balans daşıyıcılarının monitorinqlərinin nəticələrinə dair slaydlar nümayiş olunmuşdur.

Yekunda mövcud problemlərin aradan qaldırılması istiqamətində irəli sürülən təkliflərin rəhbər işçilər tərəfindən bir daha müzakirə olunması, müvafiq tədbirlərin görülməsi qərara alınmışdır.

Digər məlumatlar

Sumqayıtda “Mülki aviasiyada axtarış və xilasetmə işlərinin təşkili” mövzusunda seminar keçirilib

FHN-in Sumqayıt Regional Mərkəzində Nazirliyin Baş əməliyyat idarəsinin təşkilatçılığı ilə “Mülki aviasiyada axtarış və xilasetmə işlərinin təşkili” mövzusunda seminar keçirilib. ...

Ardını oxu

FHN Ağcabədidə seminar-müşavirə keçirib

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin təşkilatçılığı ilə Bərdə Rayon İcra Hakimiyyətində “Rayon Fövqəladə Hallar Komissiyası ilə FHN-in yerli struktur bölmələrinin qarşılıqlı fəaliyyəti” mövzusunda seminar-müşavirə keçirilib. ...

Ardını oxu

FHN-in Muğan Regional Mərkəzi “dəyirmi masa” keçirib

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi tərəfindən Şirvan Şəhər İcra Hakimiyyətində “Fövqəladə halların nəticələrinin aradan qaldırılması sahəsində Nazirliyin yerli qurumları ilə rayon icra hakimiyyəti və özünüidarəetmə orqanları, eləcə də xidmət sahələri arasında qarşılıqlı fəaliyyət, qarşıda duran vəzifələr və problemlər” mövzusunda “dəyirmi masa” keçirilib. ...

Ardını oxu