Geri

FHN-in Şimal Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi nazirliyin digər qurumları ilə birgə 1 mart  2016-cı il tarixində Qusar  rayonu, Aşağı Ləgər kənd orta məktəbində “1 Mart -Ümumdünya Mülki Müdafiə Günü”dür mövzusunda  maarifləndirmə tədbiri keçirmişdir.

Tədbir nəzəri və praktiki olmaqla iki hissədən ibarət olmuşdur.

Tədbirin nəzəri hissəsində Ümumdünya Mülkü Müdafiə Gününün tarixi, mülki müdafiənin prinsipləri və əsas vəzifələri, dinc dövrdə mülki müdafiə tədbirlərin əhəmiyyəti, təbii və texnogen xarakterli fövqəladə halların yaranma səbəbləri, “Yanğın təhlükəsizliyi qaydaları”, “Məişətdə qaz cihazlarından düzgün istifadə qaydaları”, “Elektriklə davranış qaydaları” və “112” qaynar telefon xətti təhlükəsizliyimizin qarantıdır” kimi mövzularda iştirakçılara ətraflı məlumat verilmişdir. 

Tədbirin praktiki hissəsində məktəbdə verilən şərti yanğın həyəcanı siqnalından sonra şagirdlər müəllimlərin rəhbərliyi altında mütəşəkkil şəkildə məktəb binasını tərk etmiş, məktəbdə baş vermiş yanğın söndürülərək qəza nəticəsində köməksiz qalmış şagirdlər yanğınsöndürənlər tərəfindən  xilas edimişdir. Sonra Fövqəladə Hallar Nazirliyinin qurumlarının xilasetmə texnika və avadanlıqları, yanğınsöndürmə texnika və vasitələrinin təyinatı, fərdi mühafizə vasitələri, radiasiya, kimyəvi kəşfiyyat və dozimetrik nəzarət cihazları, yaralılara ilkin tibbi yardımın göstərilmə yolları tədbir iştirakçılarına nümayiş olunmuşdur.

Digər məlumatlar

Sumqayıtda “Mülki aviasiyada axtarış və xilasetmə işlərinin təşkili” mövzusunda seminar keçirilib

FHN-in Sumqayıt Regional Mərkəzində Nazirliyin Baş əməliyyat idarəsinin təşkilatçılığı ilə “Mülki aviasiyada axtarış və xilasetmə işlərinin təşkili” mövzusunda seminar keçirilib. ...

Ardını oxu

FHN Ağcabədidə seminar-müşavirə keçirib

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin təşkilatçılığı ilə Bərdə Rayon İcra Hakimiyyətində “Rayon Fövqəladə Hallar Komissiyası ilə FHN-in yerli struktur bölmələrinin qarşılıqlı fəaliyyəti” mövzusunda seminar-müşavirə keçirilib. ...

Ardını oxu

FHN-in Muğan Regional Mərkəzi “dəyirmi masa” keçirib

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi tərəfindən Şirvan Şəhər İcra Hakimiyyətində “Fövqəladə halların nəticələrinin aradan qaldırılması sahəsində Nazirliyin yerli qurumları ilə rayon icra hakimiyyəti və özünüidarəetmə orqanları, eləcə də xidmət sahələri arasında qarşılıqlı fəaliyyət, qarşıda duran vəzifələr və problemlər” mövzusunda “dəyirmi masa” keçirilib. ...

Ardını oxu