Geri

FHN-in Qarabağ Regional Mərkəzi tədbir keçirilmişdir

1 mart 2016-cı il tarixində Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi Tərtər şəhəri 6 nömrəli orta məktəbində Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş maarifləndirmə tədbiri keçirmişdir. Tədbirdə  Tərtər rayon İcra Hakimiyyətinin və Təhsil Şöbəsinin nümayəndələri, FHN-in yerli qurumlarının əməkdaşları iştirak etmişlər.

Tədbirdə “Fövqəladə hallar zamanı davranış qaydaları”, “Mülki müdafiə işinin təşkil edilməsi”, “Qarabağ regional mərkəzinin inzibati ərazilərində ehtimal edilən fövqəladə hallar”, “Kollektiv və fərdi mühafizə vasitələrindən istifadə qaydaları”, “Yanğınlar, onların profilaktikası”, “112” qaynar telefon xətti” mövzularında çıxışlar edilmiş və “Məişətdə yanğınlar zamanı davranış qaydaları” adlı videoçarx nümayiş olunmuşdur.

Tədbirin praktiki hissəsində Tərtər rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları iştirakçılara şərti yanğının odsöndürən balon vasitəsi ilə söndürülməsini nümayış etdirmişlər.

Digər məlumatlar

Sumqayıtda “Mülki aviasiyada axtarış və xilasetmə işlərinin təşkili” mövzusunda seminar keçirilib

FHN-in Sumqayıt Regional Mərkəzində Nazirliyin Baş əməliyyat idarəsinin təşkilatçılığı ilə “Mülki aviasiyada axtarış və xilasetmə işlərinin təşkili” mövzusunda seminar keçirilib. ...

Ardını oxu

FHN Ağcabədidə seminar-müşavirə keçirib

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin təşkilatçılığı ilə Bərdə Rayon İcra Hakimiyyətində “Rayon Fövqəladə Hallar Komissiyası ilə FHN-in yerli struktur bölmələrinin qarşılıqlı fəaliyyəti” mövzusunda seminar-müşavirə keçirilib. ...

Ardını oxu

FHN-in Muğan Regional Mərkəzi “dəyirmi masa” keçirib

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi tərəfindən Şirvan Şəhər İcra Hakimiyyətində “Fövqəladə halların nəticələrinin aradan qaldırılması sahəsində Nazirliyin yerli qurumları ilə rayon icra hakimiyyəti və özünüidarəetmə orqanları, eləcə də xidmət sahələri arasında qarşılıqlı fəaliyyət, qarşıda duran vəzifələr və problemlər” mövzusunda “dəyirmi masa” keçirilib. ...

Ardını oxu