Geri

FHN-in Regional Mərkəzlərində Xocalı soyqırımı ilə bağlı anım tədbirləri keçirilmişdir

Bakı Regional Mərkəzində Xocalı soyqırımının 24-cü ildönümü ilə bağlı tədbir keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan Bakı Regional Mərkəzinin rəis müavini Tale Şamçıyev Xocalı soyqırımının 20-ci əsrin ən böyük faciələrindən biri olduğunu və amansızlığına, qəddarlığına görə bəşər tarixinə qanlı iz saldığını qeyd etmişdir. O, vurğulamışdır ki, 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri 366-cı motoatıcı alayının zirehli texnikasının və hərbi heyətinin köməyi ilə Xocalı şəhərində  soyqırımı törətmiş, nəticədə 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla 613 nəfər Xocalı sakini qətlə yetirilmişdir.

Xocalı faciəsindən dərhal sonra Ağdam bölgəsinə göndərilən səyyar hospitalın (tibbi qatarın) həkim heyətinin tərkibində olan həkim-cərrah Alı Qurbanov həmin faciə zamanı dinc əhaliyə qarşı edilən vəhşiliklərin bilavasitə şahidi olduğunu qeyd etmiş, ən yaxın zamanda ölkənin işğal altında olan torpaqlarının qaytarılacağına və erməni vandallarının öz layiqli cəzalarını alacağına əminliyini vurğulamışdır.

Tədbirin gedişində Xocalı Soyqırımı ilə bağlı sənədli film və litvalı jurnalist Riçard Lapaitsin qələmə aldıqlarları əsasında Xocalıda baş verən soyqırım haqqında çəkilmiş “Sonsuz dəhliz” filminin fraqmentləri nümayiş etdirilmişdir.

Tədbir zamanı Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

 

Şimal Regional Mərkəzinin və nazirliyin yerli qurumları əməkdaşlarının iştirakı ilə Xocalı soyqırımının 24-cü ildönümü ilə bağlı anım tədbiri keçirilmişdir.

Tədbir Xocalı soyqırımı qurbanlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad etməklə başlanmışdır.

Tədbirdə çıxış edənlər 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xankəndi şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin köməyi ilə erməni silahlı dəstələri tərəfindən Xocalı şəhərinin yerlə yeksan edilməsi və orada yaşayan dinc əhaliyə divan tutulması barədə məlumat vermişlər.

Natiqlər Xocalı faciəsi XX əsrin ən dəhşətli faciəsi və etnik təmizləmə siyasətinin bir hissəsi olduğunu qeyd edərək, bu hadisələrdə hər hansı şəkildə iştirakı olmuş şəxslərin ədalət məhkəməsi qarşısında cavab verməli olacaqlarını vurğulamışlar.

Tədbirin sonunda Xocalı soyqırımı haqqında videoçarx nümayiş olunmuşdur.

 

Gəncə Regional Mərkəzində Xocalı soyqırımının 24-cü ildönümü münasibəti ilə anım tədbiri keçirilmişdir.

Tədbir Xocalı soyqırımının qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamışdır.

Tədbirdə qeyd edilmişdir ki, ötən əsrin ən böyük faciələrindən hesab olunan Xocalı hadisəsi erməni silahlılarının törətdiyi böyük bir cinayətdir. 1992-ci il fevral ayının 25-dən 26-sına keçən gecə erməni silahlı birləşmələri 7 min əhalsi olan Xocalı şəhərində genosid həyata keçirmişlər. 613 nəfərin öldürüldüyü, 1000 nəfərin yaralandığı, yüzlərlə dinc sakinin girov götürüldüyü, itkin düşdüyü Xocalı faciəsinin qurbanlarının əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaqdır.     

 

Sumqayıt Regional Mərkəzində Xocalı soyqırımının 24-cü ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.

Tədbirdə Sumqayıt Regional Mərkəzinin və FHN-in yerli qurumlarının əməkdaşları  iştirak etmişdir.

Tədbir Xocalı faciəsi qurbanlarının və bütün şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanmışdır.

Sonra tədbiri giriş sözü ilə açan Sumqayıt Regional Mərkəzinin rəis müavini polkovnik Elşad Əliyev Xocalı faciəsi haqqında ətraflı məlumat verərək bu dəhşətli faciənin Azərbaycan tarixində ən qanlı hadisələrdən biri olduğunu söyləmiş, erməni silahlı dəstələri tərəfindən xalqımıza qarşı törədilən bu cinayətin ağır nəticələrindən ətraflı danışmışdır.

Çıxışlarda Xocalı haqqında həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması, bu faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün dövlətimizin bütün zəruri addımları atdığını qeyd edilmişdir.

Tədbirin sonunda Xocalı soyqırımını əks etdirən sənədli film nümayiş olunmuşdur.    

 

Muğan Regional Mərkəzində Xocalı soyqırımının 24-cü ildönümü ilə bağlı tədbir keçirilmişdir. Tədbirdə Muğan Regional Mərkəzin və nazirliyin regionda fəaliyyət göstərən digər qurumlarının əməkdaşları iştirak etmişdir.

Tədbir Salyan şəhərində Xocalı faciəsi qurbanlarının xatirəsinə ucaldılan “Ana harayı” abidəsinin önünə tər gül-çiçək dəstələri qoymaqla başlamış, saat 17:00-da Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Anım tədbirində çıxış edən natiqlər Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuş Xocalı soyqırımını bəşər tarixinin ən dəhşətli vandalizm hadisəsi olduğunu qeyd etmiş, bu soyqırımı törədənlərin beynəlxalq məhkəmə qarşısında cavab verəcəklərinə əmin olduqlarını bildirmişlər.

 


Digər məlumatlar

FHN-in Tibb xidməti seminarlar keçirib

Fövqəladə Hallar Nazirliyinin Tibb Xidməti tərəfindən Nazirliyin əməkdaşları üçün Bakı, Lənkəran, Şirvan şəhərlərində, Salyan, Şamaxı, Qəbələ və Şəki rayonlarında seminarlar keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi “dəyirmi masa” keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Lənkəran şəhər bələdiyyəsində “Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində yerli icra qurumları və özünü idarə orqanları ilə qarşılıqlı fəaliyyətin təşkili” mövzusunda “dəyirmi masa” keçirilib. ...

Ardını oxu

FHN-in Şimal-qərb Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Şəki Suvarma Sistemləri İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu