Geri

Cənub Regional Mərkəzi növbəti maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi FHN-in regionda fəaliyyət göstərən digər qurumları ilə birgə 25 fevral 2016-cı il tarixində Lənkəran şəhər 2 nömrəli tam orta məktəbində “1mart Ümumdünya Mülki Müdafiə günüdür” mövzusunda növbəti maarifləndirmə tədbiri keçirmişdir.

Tədbirdə Lənkəran Şəhər İcra Hakimiyyətinin, Lənkəran Şəhər Təhsil Şöbəsinin nümayəndələri, Lənkəran şəhər 2 nömrəli tam orta məktəbin kollektivi iştirak etmişdir. 

Mərkəzin əməkdaşları toplantıda təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı düzgün davranış qaydaları, dəm qazı təhlükəsi və onun qarşısının alınması yolları, ilkin və təxirəsalınmaz tibbi yardım barədə məlumat vermişdir. Tədbirdə mülki müdafiə tədbirləri, fərdi mühafizə vasitələri və ilkin yanğınsöndürmə avadanlıqlarından istifadə qaydalarından da danışılmışdır.

Daha sonra təhsil müəssisələrinin təxliyyə planlarının düzgün hazırlanmasının, yanğın və texniki təhlükəsizlik tədbirlərinə əməl edilməsinə nəzarətin artırılmasının, ehtiyat çıxış qapılarının və zirzəmilərin daim istifadəyə yararlı vəziyyətdə saxlanılmasının, ilkin yanğınsöndürmə vasitələri ilə təchiz olunmasının vacibliyi tədbir iştirakçılarının diqqətinə çatdırılmışdır.

Tədbir zamanı Mərkəzin Xüsusi xilasetmə hissəsinin xilasetmə alət və avadanlıqları əyani şəkildə nümayiş etdirilmiş və məktəbliləri maraqlandıran suallar xilasedicilər tərəfindən ətraflı cavablandırılmışdır.

Toplantının sonunda müxtəlif mövzularda hazırlanmış videoçarx və fotoslaydlar nümayiş etdirilmiş, yaddaş kitabçaları və xəbərdarlıq vərəqələri tədbir iştirakçılarına paylanılmışdır.

Digər məlumatlar

FHN-in Gəncə Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi tərəfindən Azərbaycan Texnologiya Universitetində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu

FHN-in Sumqayıt Regional Mərkəzi təlim keçirib

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi “Yol nəqliyyat hadisələri zamanı zərərçəkmişlərin xilas edilməsi” mövzusunda təlim keçirib. ...

Ardını oxu

FHN-in Bakı Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi tərəfindən Azərbaycan Dövlət Dəniz Akademiyasında “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu