Geri

FHN Akademiyasında Xocalı soyqırımına həsr olunmuş anma tədbiri keçirilmişdir

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında 25 fevral 2016-cı il tarixində Xocalı soyqırımının 24-cü ildönümünə həsr olunmuş anma tədbiri keçirilmişdir.

Əvvəlcə, Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Tədbiri giriş sözü ilə açan Akademiyanın rəisi general-mayor Pənah Süleymanov Xocalı soyqırımı haqqında danışaraq bu hadisənin XX əsrin ən böyük faciələrindən biri olduğunu qeyd etmişdir. Törədilmiş soyqırımı aktının erməni millətçilərinin azərbaycanlılara qarşı həyata keçirdiyi terror, kütləvi qırğın, deportasiya və etnik təmizləmə siyasətinin tərkib hissəsi olduğunu vurğulayan natiq bu faciənin təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı yönəlmiş ən ağır cinayət olduğunu diqqətə çatdırmışdır. O, Xocalı faciəsinə ilk dəfə hüquqi-siyasi qiymətin ulu öndər Heydər Əliyev tərəfindən verildiyini bildirmiş və Xocalıda həyata keçirilmiş soyqırımı cinayəti ilə bağlı həqiqətlərin dünya miqyasında təbliğində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Heydər Əliyev Fondunun əvəzsiz xidmətlərindən danışmışdır.

Tədbirdə çıxış edən Akademiyanın rəis müavini polkovnik Afət Qurbanov və baş zabit kapitan Kəmalə Rzazadə Xocalı soyqırımının bəşər tarixində törədilmiş ən qanlı faciələrdən olduğunu nəzərə çatdırmış və cinayətin səbəbkarlarının layiqli cəzalarını alacaqlarına əmin olduqlarını bildirmişlər.

Toplantıda Xocalı faciəsinə həsr olunmuş sənədli film də nümayiş olunmuşdur.

Tədbirdən sonra iştirakçılar Akademiyada Milli İncəsənət Muzeyinin təşəbbüsü ilə açılmış Xocalı soyqırımına həsr olunmuş rəsm əsərlərindən ibarət sərgi ilə tanış olmuşlar.

 


 

 

 

Digər məlumatlar

FHN-in Tibb xidməti seminarlar keçirib

Fövqəladə Hallar Nazirliyinin Tibb Xidməti tərəfindən Nazirliyin əməkdaşları üçün Bakı, Lənkəran, Şirvan şəhərlərində, Salyan, Şamaxı, Qəbələ və Şəki rayonlarında seminarlar keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi “dəyirmi masa” keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Lənkəran şəhər bələdiyyəsində “Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində yerli icra qurumları və özünü idarə orqanları ilə qarşılıqlı fəaliyyətin təşkili” mövzusunda “dəyirmi masa” keçirilib. ...

Ardını oxu

FHN-in Şimal-qərb Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Şəki Suvarma Sistemləri İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu