Geri

FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətində Xocalı qurbanlarının xatirəsi yad edilmişdir

25 fevral 2016-cı il tarixində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətində Xocalı soyqırımının 24-cü ildönümünə həsr olunmuş anma tədbiri keçirilmişdir.

Tədbir  Xocalı soyqırımı şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanmışdır.

Tədbiri giriş sözü ilə açan Xidmətin rəis müavini daxili xidmət polkovniki Aqşin Kazımov 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni faşistləri tərəfindən xüsusi vəhşiliklə törədilmiş Xocalı soyqırımı haqqında ətraflı məlumat vermis, XX əsrin ən qəddar və dəhşətli hadisələrindən biri olan bu faciənin erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı yürütdüyü etnik təmizləmə və soyqırımı siyasətinin bir səhifəsi olduğunu qeyd etmişdir.

Tədbirdə çıxış edən natiqlər tarix boyu erməni millətçiləri tərəfindən Azərbaycan xalqına qarşı qanlı cinayətlər, terror və soyqırımı akrlarının törədilməsini diqqətə çatdırmış, erməni separatçıları tərəfindən yüz minlərlə azərbaycanlının öz tarixi ərazilərində etnik təmizləmə və qətliama məruz qoyularaq kütləvi surətdə qətlə yetirilmələri, öz dədə-baba torpaqlarından didərgin salınmaları barədə danışmışlar.

Digər məlumatlar

FHN-in Gəncə Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi tərəfindən Azərbaycan Texnologiya Universitetində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu

FHN-in Sumqayıt Regional Mərkəzi təlim keçirib

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi “Yol nəqliyyat hadisələri zamanı zərərçəkmişlərin xilas edilməsi” mövzusunda təlim keçirib. ...

Ardını oxu

FHN-in Bakı Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi tərəfindən Azərbaycan Dövlət Dəniz Akademiyasında “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu