Geri

FHN-in əməkdaşı beynəlxalq turnirin qalibi olmuşdur

Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı Pərviz Abdullayev 21 fevral 2016-cı il tarixində Tailandın Pattayya şəhərində peşəkarlar arasında baş tutan “Kunlun Fights” turnirində qüvvəsini sınamışdır.

75 kq çəki dərəcəsində rinqə çıxan Pərviz Abdullayev Qazaxıstanlı idmançı Nuerlanı məğlubiyyətə uğradaraq turnirin qalibi adını qazanmışdır. Belə ki, 3 raund davam edən döyüşün qalibi hakimlərin qərarı ilə bəlli olub. Onların rəyinə əsasən, hər 3 hissədə daha üstün olan Abdullayev bu görüşdə qələbə qazanıb. Yarışın növbəti mərhələsi 26 mart 2016-cı il tarixində Pekində keçiriləcək.

Qeyd edək ki, əməkdaşımız 5 dəfə Dünya çempionatının qalibi, Dünya kubokunun sahibi, beynəlxalq turnirlərin qalibi və dəfələrlə Respublika çempionu adına layiq görülmüşdür. Peşəkar karyerada 46 döyüş keçirmiş və 14 nokaut olmaqla 42 qələbə qazanmışdır.

Digər məlumatlar

FHN-in Tibb xidməti seminarlar keçirib

Fövqəladə Hallar Nazirliyinin Tibb Xidməti tərəfindən Nazirliyin əməkdaşları üçün Bakı, Lənkəran, Şirvan şəhərlərində, Salyan, Şamaxı, Qəbələ və Şəki rayonlarında seminarlar keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi “dəyirmi masa” keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Lənkəran şəhər bələdiyyəsində “Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində yerli icra qurumları və özünü idarə orqanları ilə qarşılıqlı fəaliyyətin təşkili” mövzusunda “dəyirmi masa” keçirilib. ...

Ardını oxu

FHN-in Şimal-qərb Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Şəki Suvarma Sistemləri İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu