Geri

Muğan Regional Mərkəzi növbəti maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi 24 fevral 2016-cı il tarixində Hacıqabul rayon Muğan qəsəbə tam orta məktəbində maarifləndirilmə tədbiri keçirmişdir. “Baş verə biləcək fövqəladə hadisələrin qarşısının vaxtında alınması” və “Fövqəladə hallar zamanı nə etməli?” mövzusunda keçirilmiş tədbirdə məktəbin müəllim və şagird kollektivi iştirak etmişdir.

Şagirdlərin fövqəladə hallarda davranış qaydalarına, ilkin tibbi yardımın göstərilməsi və mülki müdafiə sahəsində mükəmməl vərdiş və biliklərə yiyələnməsinə nail olmaq məqsədi daşıyan tədbirdə Mərkəzin əməkdaşları sözügedən mövzularda məruzələrlə çıxış etmişlər.

Toplantıda dəm qazından zəhərlənmə hallarının yaranma səbəbləri, hansı hallarda “112 qaynar xətti” ilə əlaqə saxlamaq lazımdır?”, “Təbii qazdan istifadə etdikdə ehtiyatlı olun!” mövzularında çıxışlar da dinlənilmiş, qeyd olunan mövzulara aid videoçarxlar nümayiş etdirilmişdir.

Sonda məktəbin müəllim və şagird heyətini maraqlandıran suallar Mərkəzin əməkdaşları tərəfindən cavablandırılmışdır. 

    

Digər məlumatlar

FHN-in Gəncə Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi tərəfindən Azərbaycan Texnologiya Universitetində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu

FHN-in Sumqayıt Regional Mərkəzi təlim keçirib

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi “Yol nəqliyyat hadisələri zamanı zərərçəkmişlərin xilas edilməsi” mövzusunda təlim keçirib. ...

Ardını oxu

FHN-in Bakı Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi tərəfindən Azərbaycan Dövlət Dəniz Akademiyasında “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu