Geri

Dövlət Yanğın Nəzarəti Xidməti mehmanxanada maarifləndirmə tədbiri keçirmişdir

Mehmanxana və mehmanxana tipli obyektlərdə işçiləri yanğın təhlükəsizliyi ilə bağlı maarifləndirmək məqsədilə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti 24 fevral 2016-cı il tarixində “Sultan inn “ mehmanxanasında növbəti maarifləndirmə tədbiri keçirmişdir.

Tədbirdə yanğın təhlükəsizliyinin vəziyyəti müzakirə olunmuş, yanğın təhlükəsizliyi qaydalarına zidd halların qısa müddətdə aradan qaldırılması üçün tövsiyələr verilmişdir. Mehmanxana rəhbərliyinin diqqətinə çatdırılmışdır ki, onlar yanğın təhlükəsizliyinin təmin olunmasına şəxsən məsuliyyət daşıyırlar. Bütün işçilərinin yanğın təhlükəsizliyi qaydalarına əməl etmələri xüsusi olaraq vurğulanmışdır. Həmçinin, ərazinin, bina və otaqların təmiz saxlanılması, elektrik, havadəyişmə, isitmə, tüstüyə qarşı qurğuların istismarı zamanı yanğın təhlükəsizliyi qaydalarının tələbləri, yanğın zamanı zəruri hərəkətlər və insanların təhlükəsizliyinin təmin edilməsi, yanğın texnikasının və rabitə vasitələrinin saxlanılmasının vacibiliyi vurğulanmışdır. Tədbirdə su təchizatı ilə əlaqədar müvafiq normativ sənədlərin bütün tələblərinə ciddi əməl olunmasının, isitmə mövsümü başlanmazdan əvvəl tüstü bacalarının və tüstü borularının  təmizlənməsinin də zəruri olduğu diqqətə çatdırılmış, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani surətdə göstərilmişdir.

Görüşdə “Mehmanxanaların yanğın təhlükəsizliyi” adlı videoçarx nümayiş etdirilmiş, eyniadlı yaddaş kitabçası iştirakçılara paylanılmışdır.

Digər məlumatlar

FHN-in Tibb xidməti seminarlar keçirib

Fövqəladə Hallar Nazirliyinin Tibb Xidməti tərəfindən Nazirliyin əməkdaşları üçün Bakı, Lənkəran, Şirvan şəhərlərində, Salyan, Şamaxı, Qəbələ və Şəki rayonlarında seminarlar keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi “dəyirmi masa” keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Lənkəran şəhər bələdiyyəsində “Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində yerli icra qurumları və özünü idarə orqanları ilə qarşılıqlı fəaliyyətin təşkili” mövzusunda “dəyirmi masa” keçirilib. ...

Ardını oxu

FHN-in Şimal-qərb Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Şəki Suvarma Sistemləri İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu