Geri

Azərbaycan Respublikası və Belarus Respublikasında yeni smeta-normativ və qiymətqoyma sistemi (bazası) üzrə təcrübə mübadiləsi barədə müzakirələr aparılmışdır

Azərbaycan  Respublikası ilə Belarus Respublikası arasında yeni smeta-normativ və qiymətqoyma sistemi (bazası) üzrə təcrübə mübadiləsinin aparılması məqsədi ilə Belarus Respublikası Arxitektura və Tikinti  Nazirliyinin İqtisadiyyat və xarici iqtisadi fəaliyyət Baş idarəsinin rəisi və həmin nazirliyin nəzdindəki Tikintidə qiymətqoyma üzrə Respublika Elmi-texniki Mərkəzinin mütəxəssisləri  2016-cı ilin dekabr ayının 6-dan  9-na qədər Azərbaycan Respublikası  Fövqəladə Hallar Nazirliyinin Tikintidə  Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində olmuşlar.

Agentliyin rəisi Cəbrayıl Xanlarov Belarus Respublikasının nümayəndə heyəti ilə görüşmüşdür.

Sonra keçirilən birgə seminarda Belarus Respublikasında smeta-normativ bazasının vəziyyəti barədə  Belarus Respublikası Arxitektura və Tikinti  Nazirliyinin  nəzdindəki Tikintidə qiymətqoyma üzrə Respublika Elmi-texniki Mərkəzinin direktoru, MDB ölkələrinin tikinti fəaliyyətində əməkdaşlıq üzrə Hökumətlərarası Şurasının tikinti fəaliyyətində qiymətqoyma Komissiyasının sədri Qennadiy Purs və Azərbaycan  Respublikasının tikinti fəaliyyətində  yeni smeta-normativ və qiymətqoyma sisteminin tətbiqi vəziyyəti barədə Agentliyin  Elm, texnika və smeta normaları şöbəsinin müdir  müavini Qumalat Babayevin məlumatları dinlənilmişdir.

 Seminarda aşağıdakı əsas məsələlər üzrə fikir mübadiləsi aparılmış və müvafiq suallar cavablandırılmışdır:

1.Tikinti resurslarının cari qiymətlərinin   monitorinqinin aparılması;

2.Tikintinin dəyərinin təyin edilməsi üçün tətbiq olunan resursların sərfiyyat    

    normaları və digər normativlər;

3. İş növləri üzrə texnoloji xəritələrin işlənilməsi;

4.Tikinti resurslarının kodlaşdırılması;

5.Kompüter proqramlarından istifadə etməklə smeta hesablamalarının avtomatlaşdırılması.

Belarus Respublikasının nümayəndə heyətinin üzvləri Agentliyin informasiya texnologiyaları  sahəsində gördüyü  işlər (yeni proqram təminatları) ilə tanış edilmiş, Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinin Tikinti, layihə-axtarış işləri üzrə smeta və iqtisadiyyat şöbəsinin əməkdaşları ilə işgüzar görüş keçirilmişdir.

Azərbaycan  Respublikası ilə Belarus Respublikası arasında yeni smeta-normativ və qiymətqoyma sistemi (bazası) üzrə təcrübə mübadiləsinin yekun nəticəsi kimi aşağıdakılar qeyd olunmuşdur:

1. Azərbaycan  Respublikasının tikinti fəaliyyətində  yeni smeta-normativ və qiymətqoyma sisteminin tətbiqi üzrə Agentliyin apardığı işlər Belarus Respublikasının nümayəndə heyətinin üzvləri tərəfindən, xüsusən, Belarus Respublikası Arxitektura və Tikinti  Nazirliyinin  nəzdindəki Tikintidə qiymətqoyma üzrə Respublika Elmi-texniki Mərkəzinin direktoru, MDB ölkələrinin tikinti fəaliyyətində əməkdaşlıq üzrə Hökumətlərarası Şurasının tikinti fəaliyyətində qiymətqoyma Komissiyasının sədri Qennadiy Purs tərəfindən   müsbət qiymətləndirilmişdir.

2. Azərbaycan  Respublikası ilə Belarus Respublikası arasında yeni smeta-normativ və qiymətqoyma sisteminin (bazasının) gələcəkdə daha da  təkmilləşdirilməsi istiqamətində əməkdaşlığın davam etdirilməsi və müvafiq  tədbirlərin həyata keçirilməsi məqsədəuyğun sayılmışdır.

Digər məlumatlar

FHN-in Şimal Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqini təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi tərəfindən Elm və Təhsil Nazirliyinin Quba-Xaçmaz Regional Təhsil İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar Texnoloji Kollecində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu

FHN-in Gəncə Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi tərəfindən Azərbaycan Texnologiya Universitetində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu