Geri

Aran Regional Mərkəzi maarifləndirmə tədbirlərini davam etdirir

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi 23 dekabr 2016-cı il tarixində Ucar rayon 5 nömrəli tam orta məktəbində müəllim və şagird kollektivinin iştirakı ilə “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

Toplantıda “Fövqəladə hallarla bağlı davranış qaydaları”, “Meşədə yanğın təhlükəsizliyi”, “Məişətdə yanğın zamanı davranış qaydaları”, “Zəlzələ zamanı nə etməli?”, “Dəm qazı təhlükəsi” və “112” qaynar xəttinə hansı hallarda müraciət etmək olar?” mövzularında çıxışlar dinlənilmişdir.

Tədbirdə mövzu ilə bağlı bukletlər paylanmış, suallar Mərkəzin əməkdaşları tərəfindən cavablandırılmışdır.

 

Digər məlumatlar

FHN-in Şimal Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqini təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi tərəfindən Elm və Təhsil Nazirliyinin Quba-Xaçmaz Regional Təhsil İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar Texnoloji Kollecində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu

FHN-in Gəncə Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi tərəfindən Azərbaycan Texnologiya Universitetində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu