Geri

FHN Akademiyasında magistraturada təhsil alan tələbələrin hazırlıq səviyyəsi təhlil edilmişdir

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında dekabrın 22-də elmi-praktik seminar keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan Akademiya rəisinin birinci müavini polkovnik-leytenant Qəzənfər Bağırov bildirmişdir ki, elmi-praktik seminarda magistratura pilləsində təhsil alanların elmi-tədqiqat işlərinin hazırlıq səviyyəsi təhlil ediləcəkdir. 

Seminarda bir neçə magistrin məruzələri dinlənilmiş və məruzələr ətrafında geniş fikir mübadiləsi aparılmışdır.

Akademiya rəisinin müavini, iqtisad elmləri namizədi, dosent Cabir Həsənov, elmi-tədqiqat şöbəsinin müdiri, texnika elmləri doktoru, professor Aydın Qafarov, tədris şöbəsinin rəisi, polkovnik, texnika elmləri namizədi Malik Qarayev, kafedra müdiri, fizika-riyaziyyat elmləri namizədi, dosent Famil Məmmədov, kafedra müdiri, polkovnik, texnika elmləri namizədi İlqar Dadaşov, kafedra müdiri, polkovnik-leytenant, texnika elmləri namizədi Kazım Kazımov və başqaları çıxış edərək məruzəçilərə tövsiyələrini vermişlər.

Digər məlumatlar

FHN-in Şimal Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqini təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi tərəfindən Elm və Təhsil Nazirliyinin Quba-Xaçmaz Regional Təhsil İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar Texnoloji Kollecində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu

FHN-in Gəncə Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi tərəfindən Azərbaycan Texnologiya Universitetində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu