Geri

Gəncə Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi 21 dekabr 2016-cı il tarixində Gəncə şəhəri 7 nömrəli tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

Tədbirdə Gəncə Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşları da iştirak etmişdir.Toplantının keçirilməsində məqsəd məktəbin kollektivinə təbii və texnogen mənşəli hadisələrin yaranma səbəbləri, onlardan qorunma yolları haqqında biliklərin aşılanması olmuşdur. Toplantıda yanğınsöndürən balonlardan istifadə qaydaları əyani olaraq izah olunmuş, müasir yanğınsöndürmə avadanlıqlarından bəhs edilmişdir. Tədbirdə mövzuya aid fotoslaydlar və filmlər nümayiş etdirilmiş, “112” qaynar telefon xətti, dəm qazı təhlükəsi haqqında geniş məlumat verilmiş, suallar cavablandırılmışdır.

 

Digər məlumatlar

FHN-in Şimal Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqini təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi tərəfindən Elm və Təhsil Nazirliyinin Quba-Xaçmaz Regional Təhsil İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar Texnoloji Kollecində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu

FHN-in Gəncə Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi tərəfindən Azərbaycan Texnologiya Universitetində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu