Geri

FHN işçilərinin Həmkarlar İttifaqı tədbir keçirmişdir

8 noyabr 2016-cı il tarixində Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə “9 noyabr-Azərbaycan Respublikası Dövlət Bayrağı günü” münasibətilə Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının Bərdə rayonunda yerləşən N saylı hərbi hissəsində tədbir keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov əsgər və zabitləri salamlamış, qarşıda gələn əlamətdar gün münasibətilə tədbir iştirakçılarını təbrik etmiş, çıxışında müstəqil Azərbaycan Respublikasının suverenliyinin rəmzi olan üçrəngli milli bayrağımız haqqında geniş bəhs etmişdir. Natiq qeyd etmişdir ki, bu gün Azərbaycan Respublikası üzərində dalğalanan müqəddəs Dövlət Bayrağımız - milli bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada qəbul edilmiş və qaldırılmışdır. O, ümummilli lider Heydər Əliyevin dövlət bayrağımıza olan ehtiramına toxunaraq bildirmişdir ki, hələ ölkəmizin Sovetlər İttifaqının tərkibində olduğu dövrdə, 1990-cı il noyabrın 17-də Ulu Öndərin sədrliyi ilə öz işinə başlayan Naxçıvan Ali Məclisinin sessiyasında onun təşəbbüsü ilə Azərbaycan Xalq Cumhuriyyətinin üçrəngli bayrağının bərpası, onun Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi kimi qəbul olunması haqqında qərar qəbul edilməsi müstəqillik tariximizin ən şanlı səhifələrindən biridir. Eyni zamanda, məhz ulu öndər tərəfindən o zamanki Azərbaycan SSR Ali Soveti qarşısında vəsatət qaldıraraq tələb edilmişdi ki, milli istiqlal bayrağımız olan üçrəngli bayrağımız Azərbaycan SSR-nin dövlət bayrağı kimi qəbul edilsin. Məhz bu təşəbbüs əsasında respublika Ali Sovetinin qərarı ilə üçrəngli və ay-ulduzlu bayraq yenidən Azərbaycanın dövlət bayrağı elan edilmişdir. Qeyd olunmuşdur ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev Azərbaycan Respublikasının dövlət rəmzlərinə hörmət və ehtiramı bir daha təmin etmək məqsədilə 2009-cu il noyabrın 18-də imzaladığı sərəncamla 9 noyabr tarixi Dövlət Bayrağı Günü kimi qeyd olunur.

Sonda, Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqı tərəfindən hərbi hissənin şəxsi heyətinə xatirə hədiyyələri təqdim olunmuşdur.

Digər məlumatlar

FHN-in Şimal Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqini təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi tərəfindən Elm və Təhsil Nazirliyinin Quba-Xaçmaz Regional Təhsil İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar Texnoloji Kollecində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu

FHN-in Gəncə Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi tərəfindən Azərbaycan Texnologiya Universitetində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu