Geri

FHN-in Bakı Regional Mərkəzi “dəyirmi masa” keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi noyabr ayının 8-də “9 noyabr -  Dövlət Bayrağı Günü”nə həsr olunmuş “Bayrağımız - dövlətçiliyimizin və müstəqilliyimizin rəmzidir” mövzusunda “dəyirmi masa” keçirmişdir.

Tədbiri giriş sözü ilə açan Bakı Regional Mərkəzi rəisinin müavini Tale Şamçıyev qeyd etmişdir ki, hər bir ölkənin tarixi və dövlətçilik ənənələri onun rəmzlərində və atributlarında öz əksini tapır və Azərbaycan Respublikasının bayrağı Azərbaycan dövlətinin müstəqilliyini təcəssüm etdirən müqəddəs rəmzlərdəndir. Natiq vurğulamışdır ki, Azərbaycan Respublikası öz müstəqilliyini bərpa etdikdən sonra milli dövlətçiliyimizin varlığını, xalqımızın amallarını ifadə edən üçrəngli bayrağımız milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilmişdir.

Tədbirdə iştirak edən Dövlət Bayrağı Muzeyinin şöbə müdiri Vüsal Cəfərli təqdimatla çıxış edərək, “Dövlət Bayrağının tarixi” barədə məlumat vermiş, bildirilmişdir ki, Prezident İlham Əliyevin Azərbaycanda Dövlət Bayrağı Gününün elan edilməsi barədə imzalanmış sərəncama əsasən hər il 9 noyabr tarixi Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd edilir.

Çıxışdan sonra Dövlət Bayrağı Meydanı ilə bağlı sənədli film nümayiş etdirilmişdir.

Digər məlumatlar

FHN-in Şimal Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqini təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi tərəfindən Elm və Təhsil Nazirliyinin Quba-Xaçmaz Regional Təhsil İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar Texnoloji Kollecində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu

FHN-in Gəncə Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi tərəfindən Azərbaycan Texnologiya Universitetində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu